Hürriyyət
İranlılar məşrutə almağa görə bizim irəvanlılar da həsəd aparıb hazırlaşırlar ki, Rusiya dövlətindən hər nə cür olsa, zorla da olsa, dörd bənddən ibarət bir hürriyyət alsınlar. Bunların dörd bənddən ibarət olan məramnamələri altdakı qərar üzrədir:
Bunlar nə vaxt Kərbəlayı-müəllayə və ya Məşhədi-müqəddəsə getməli olsalar, dövlət bunlara sualsız-cavabsız bilet versin ki, daha gizlin gedib, gülləyə düşüb Araz çayına qərq olmasınlar.
Bunlar ürəkləri istədiyi kimi övrətlərinİ döyüb, söyüb öldürsələr də, dövlət bunların bu işinə müdaxilə edib, öz qul hökmündə olan övrətlərinin şikayətinə yetişməsin.
Bunlar hər kəsi öldürələr və ya ölələr, ölən və öldürülən hər bir cür yara və nə tövr naxoşluq ilə ölürlərsə, dövlətin ixtiyarı olmasın bunların qarınlarını yırtmağa,
Bunlar məhərrəmlikdə gecələr şaxsey dəstəsi tutub, baydax bəzəyib, toy çaldırıb, hansı məhəllədən hansı məhəlləyə cəlal ilə getsələr və aşura günü ağ köynək dəstəsi bütün şəhəri dolansa, dövlət tərəfindən əbədən mümaniət olunmasın.
Vəssalam, Bu qedərcə hürriyyətə bunlar kifayət edirler, daha ayrı bir zad ilə işləri yoxdur.
Qoy gürcülər, ermənilər özlərindən ötrü nə istəyirlər İstəsinlər.
- “Molla Nəsrəddin”, 9 avqust 1909, N 32
Kitabxana.az · https://kitabxana.az/ru/works/qemkusar-hurriyyet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qoydun əmmamə başına, dandın həqiqeti,Alat-həcvü məsxərə qıldın şəriəti,
NəzirəMənim ey naxçıvanlı şairə heyran olan konlüm,Yazan latayilate matü sərgərdan olan könlüm.
Eyləmə qəmEyləmə qəm, ey başı boş bambılı,Dümbəyi çal düşgilə meydane sən
Gəldi yenə Rəhim xan İranə, barəkallah!Goldi yene Rəhim xan İranə, barəkallah!Çıxdı əceb igidtək meydanə, barəkallah!
Стихи других поэтов · Сатира
Hüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,
Qızdı, ya oğlandı bu?Gör necə bir modabaz oğlandı bu,Sanmayınız cindi, ya şeytandı bu.
OlmağaAy Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.