Dəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,Dəryanı qaranı qapladı şövqün,Bənzər üç günlük aya qaşların

Hüsnü cahana vurubdu tuğu,Yaz gül nicə artar bülbülün zövqü,Çaxdı dərunumu cəmalın şövqü,Əqlimi oğratdı zaya qaşların

Başına döndüyüm, ey əhli-ürfan,Gözümün yaşıdır misali Ümman,Yaralarsan məni hərgiz, ey cavan,Bənzər bir qurulu yaya qaşların

Qaşların bazərgan, gözlərin xoca,Baxışın gülüstan, ruxsarın yüce,Sevindir Qəribi bir yarı gecə,Salmasın düşkünü paya qaşların

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе