Ey yar vəfadarım,Didarına müştaqəm,Ey səhməli şunqarım,Didarına müştaqəm

Hicrin mənə kar etdi,Min dərdə düçar etdi,Bisəbr ü qərar etdi,Didarına müştaqəm

Ey sərvisər azadım,Ey qolları şümşadım,Ey qəmzəsi cəlladım,Didarına müştaqəm

Ey bağça və bustanım,Ey tazə gülüstanım,Ey sünbül və reyhanım,Didarına müştaqəm

Ey ləl ləbi kövsər,Ey mehr üzi ənvər,Ey mah pəri peykər,Didarına müştaqəm

Ey sərvi-xəramanım,Ey gözləri mastanım,Ey əql ü dil cânım,Didarına müştaqəm

Ey könlümün aramı,Vəsl ilə bu əyyamı,Doldur mey ilə camı,Didarına müştaqəm

Ey dərdimə dərmanım,Ey dil şəhrinə sultanım,Ey Yusifi-Kən'anım,Didarına müştaqəm

Ey Qul Hacının yarı,Yar eyləmə ağyarı,Şad et bu dil əfkarı,Didarına müştaqəm

Случайное стихотворение

Стихи других поэтов · О любви