Bu gün görüş keçirdimOrta məktəb şagirdlərilə.Eşitdim öz sözlərimiBu məsum uşaqların dilindən.Həyatım göz önünə gəldiSinema pərdəsi kimi.Harda doğulmuşam,harda böyümüşəm,Necə çətinliklər çəkmişəm.Özüm bəyan edə bilməzdimbu saflıqdaSuallar sordular məndən,Arzuların bildirdilər.Onların parıltılı gözləriÇıxmır yadımdan.Biri soruşdu məndən:– Sizin bir arzunuz varmı?İstərsiz nə sorum sizdən?– Mən anamdan doymadım, -Cavab verdim bu məsum uşağa.İstərdim azad ola Azərbaycanın Güneyi.Anamdan doymadığını söyləyəndəGördüm anaların gözü yaş ilə dolub.Peşiman oldum bunu deməkdən.Çünki heç vaxt istəməmişəm.Gözü yaşlı görəm anaları.

05.12.2008, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов