Üşşaqə məşq, eşqdə tumari-Kərbəla,Əhli-məzaqə gərmdi bazari-Kərbəla,

Çox zövq ilən səfası, əcəb xoş həvası var,Güllər açıb bahardə gülzari-Kərbəla.

İbrətlə hər kim etsə tamaşa yəqin görər,Qılmış əhatə aləmi ənvari-Kərbəla.

Hər gülsitanda nəğmeyi-bülbül səbahü şam,Bica əbəs deyil çəkilir cari-Kərbəla.

Çeşmi-bəsirət açsa, nümayandı hər kəsə,Amadədir o dəştdə asari-Kərbəla.

Nəhri-Fəratın üstə olub qolları qələm,Əbbas, namidari-ələmdari-Kərbəla.

Naz ilə qətlgahda yatıb Əkbəri-cəvan,Cismində zəxmi-xəncəri-xunxari-Kərbəla.

Damad otağı hicleyi əlvani-növ ərus,Olmuş əcəb səfayi-çəmənzari-Kərbəla.

Hülqində Əsğərin yenə qanı kəsilməyib,Çıxmış səmayə ahü şərərbari-Kərbəla.

Həsrətilə imdi də baxıri toy otağına,Nakam ölən o Qasımi-sərdari-Kərbəla.

Yetmiş səhabə peykəri qan, cismi zəxmdar,Gözəllə təşnələb rəhi-zəvvari-Kərbəla.

Başında qırx nəfər qolu bağı əsirlərAğlar başında möcüzi-gülnari-Kərbəla.

Qumri kimi fəğanə gəlib, ya Hüseyn deyər,Guya o çöldə Abidi-bimari-Kərbəla.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе