Burda bir gül kolu gördüm;Yarpaqlar qan içində.Baxdım, sağı-solu gördüm,Torpaqlar qan içində.

Burda dava çoxdan bitib,Hər yanda çal-çağırdı.Ölən ölüb, itən itib,Bayraqlar qan içində.

Burda hamı uşaq kimiPay verməsən küsəndi."Ağıllılar" baş kəsəndi,"Axmaqlar" qan içində.

Tutalım ki, mən aşığam,Axı necə saz çalıb?!Simlər qırıq, mizrab sınıq.Barmaqlar qan içində.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов