Eşidən yox sözümüzü,Adımız bir cərgədə yox.Gün döyür baş-gözümüzü,Sığınmağa kölgə də yox.

Dünyada qəribik nəsə,Yarı köhnə, yarı təzə.Bir ölkə yox bizi gəzə,Biz gəzən bir ölkədə yox.

Ötürdük yenə axşamı,Ölüm gələnə oxşamır,O dünya bundan yaxşımı?Bəlkə də, hə...

Bəlkə də, yox!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов