Yüz yol ah çək, dərd azalmaz,Bir dərd yüz ahdan böyükdü,Bir gecənin qaranlığıYüz-yüz çıraqdan böyükdü.

Kim yaratdı bizi yoxdan?!..İndi baxsın bir qıraqdan,Dünyada tamah-tamahdan,Günah-günahdan böyükdü.

Başımızda qapaz varsa,Yaşamağa qəfəs varsa...Bir quruca nəfəs varsa,"Var" yenə "yox"dan böyükdü.

...Min illərdi ölə-ölə,Ölüm nədi bilə-bilə,Doğulursa insan hələ,İnsan Allahdan böyükdü...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов