Ana yurdum
Azərbaycan, işıqlısan, genişsən,Yerin, havan, suyun, odun uludur.Ulusunun varlığında günəşsən,Sevənlərin işıqlarla doludur.
Saya gəlməz dağın, gölün, ormanın,Sayrı olmaz torpağına bağlılar.Çiçəklərin dərmanıdır dərmanın,Qoxladıqca yoxa çıxar ağrılar.
Sənin ana qucağına varanlarSevincindən irmaq kimi çağlayar,Dədə Qorqud ocağına varanlarİgidlərin oylağına uğrayar.
Azərbaycan, can vermişik adına,Canımızdır adındakı can sənin,Nə mutludur tutuşanlar oduna,Qayğı sənin, sayğı sənin, san sənin.
Geniş dilin günəş dili sayılmış,Ola bilməz qaranlığın, darlığın.Axınlarla yer üzünə yayılmışDilin sənin varlığındır, varlığın.
Sevincimiz, güvəncimiz bəsindir,Könlümüzdə ərənlərin türküsü,Səsimizdə dalğalanan səsindir,Sovuşarmı yağıların ürküsü?!
O ərlər ki, qopuz duyar, saz anlarDalğalanar dalğa-dalğa selinlə.Dilə gələr dağ vüqarlı ozanlarAydan arı, sudan duru dilinlə.
Öz dilinə yasaq dillər qurusun,Alçaqların ürəkləri dönükdür.Sənin kimi ərdəmlidir ulusun,Sənin kimi ulusun da böyükdür!
Şairlərin qonuşmada sanından,Deyilməklə, yazılmaqla bilinməz.Ulu adın ulusların yanındanQazılmaqla, pozulmaqla silinməz!
Yalnız sənin adın olub andımız,Keçmişinlə güvənməyək neçin də?!Sıra-sıra dağlarındır ardımız,Ulduzlar var o dağların içində!
Azərbaycan, ata ocaq, ana yurd,Uğurların ovqatına yar sənin.Ürəkləri ovunduran odsan, od,Qurd ürəkli oğulların var sənin.
Axıb keçər üzərindən zaman hey,Çaxıb keçər ildırımlı çay kimi.Baxıb keçər dağlarından duman hey,Parlayarsan ulduz kimi, ay kimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-ana-yurdum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O şey ki insana gərək deyildir,İnsanın gözündə qəşəng deyildir.
Xəndanım, ərdəmli ozanlarla olXəndanım, ərdəmli ozanlarla ol,Heç nədən qorxmayan aslanlarla ol!
Uca TanrımEşitdi səsimi o ulu Tanrım,Varlığı varlıqda nur dolu Tanrım.
Dünya dinləyirCılızlar ölümü anıb inləyir,Ərdəmli oğullar onu önləyir,
Стихи других поэтов
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Dollar məni dingildədirHəm vəkil, həm nazirəm, dollar məni dingildədir,Milli Məclisdən keçən yollar məni dingildədir.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
OlubdurBu dünya mülkündə, qədim zamanda,Neçə-neçə nahaq qanlar olubdur.