Gözümü sənətə açandan bəri,Cavid prospekti könlümdən keçir!Keçir irmaq kimi ömrün illəri,Könlüm arzular ki, şəhərimizdə,Bir aləm açıla nəzərimizdə,Sevgili ustadın adına layiq,Ruhuna, eşqinə, oduna layiq,Bir küçə görünə, geniş bir küçə,Könüllər açıla seyr eylədikcə.Görələr yolçular necə şən keçir,Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,Keçirəm Bakının əlvan, işıqlı,Saysız çil-çıraqlı, yar-yaraşıqlı,Bağçalı, çiçəkli küçələrindən.O bərli, bəzəkli küçələrindən,Keçir göz önümdən dürlü soyadlar,Çeşidli ünvanlar, çeşidli adlar.Birinin adına bir neçə ünvan,Tarixdə yer almış ixtiyar cavan.Burdan şəfəq doğur ordan çən keçir,Cavid prospekti könlümdən keçir!

Hünəri bəllidir hünərçilərin,Quba meydanında alverçilərinGizlində, açıqda bazar açdığı,Milisgörəndə qoyub qaçdığıKiçik bir küçəyə böyük şairin,Adını verəndən nə gözləyəsən?

Yeri olmalıdır hər cavahirin,Axı cavahiri gərək duyasan,Gərək kafalara ağıl qoyasan,Gərək duyğuları çözələyəsən.

Sayıqlara alqış, kütlərə nifrət!Adam var fikrindən vəzifə, şöhrət,Adam var fikrindən el, vətən keçir,Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,Yuxumda keçirəm ondan hər gecə,

Hər sabah ovqatım pozulur necə!Dostlara deyirəm, dostlar deyir ki,Gün o gün olsun ki, yuxun çin olsun!Bu yuxu yozula bilən şeir ki,Yozana dərd olur, dərd neçin olsun?!

Bu dərdi yozmağa ozan gərəkdir,Yozulan yuxunu yazan gərəkdir,Gözlərim yol çəkir qayğılarımla,Düşüncələrimlə, duyğularımla,Xəyalım xəyalı iqlimdən keçir,Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,Keçir göz önümdən olub-keçənlər,Sənət dünyasından erkən köçənlər,Keçir göz önümdən şanlı bir nəsil,Keçir göz önümdən keçməyən bir il!

Bir aləm yaradıb öz əlləriylə,İldırım avazlı əməlləriylə,Şimşək şeirlərlə göz qamaşdıran,Qartal oğullara dağlar aşdıran,Yaxıb quzğunları, yıxıb leşləri,Eyninə almayıb kəşməkəşləri,Ölümdən adlayıb, yurda qayıdan,O dahi sənətkar, o dahi insan.Bir adi küçəyə layiq deyilmi?O, yurda, ulusa aşiq deyilmi?Ərənlər incini kəsəkdən seçər,Ölümsüz diləklər həyata keçər,Dahilər həyatı ölümdən keçir,Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,Könlümdə həyəcan qovğalanmada,Qasırğalanmada, dalğalanmada,Bu da bir sahilsiz ümid ümmanı,Gəlsinlər, göstərim mən o ünvanı!

O ünvan dillərdən dillərə düşsün,Dağlara, daşlara, sellərə düşsün!

Düşsün o əllər ki, sədası yoxdur,Düşsün o başlar ki, sevdası yoxdur!

Ustadın eşqiylə aşıb-daşanlar,Şeir söyləyənlər, nəğmə qoşanlarAdlasın onunla yüzillikləri,Yaşatsın bədii gözəllikləri!

Ucalsın ustadın şöhrəti, şanı,Gəlsinlər, göstərim mən o ünvanı!Ucalsın ulusun şair övladı,Jurnallar, qəzetlər o əziz adıYaysın müjdə kimi hər nömrəsində.

Fəhlənin, kəndlinin, qoy süfrəsindəHər gün o ustadın adı görünsün,Fərəhli çöhrələr nura bürünsün.

Başımda bir Cavid prospekti var,Qarşımda bir Cavid prospekti var.

Fikrimdən sehirli bir yelkən keçir,Cavid prospekti könlümdən keçir!

Cavid prospekti könlümdən keçir,Çapıram şerimin köhlən atında,Qanadlı duyğular kainatında.

Səsimə səs verir Müşfiq küçəsi,Açılır ümidli hisslər qönçəsi,Açılır düyümlər üfüqlər kimi,Gülür baxışlarda şəfəqlər kimi,

Açılır qarşımda nurlu bir küçə,Nadir incilərlə dolu bir küçə!

Bir yanda Səyavuş, bir yanda Azər,Əlləri qoynunda durub gülümsər.

Bir yanda Teymurləng, bir yanda Çingiz,Bir yanda Peyğəmbər, bir yanda İblis.

Bir yanda Firdovsi, bir yanda Xəyyam,Canlanır qarşımda bir neçə əyyam.

Canlanır qarşımda insan dağları,Canlanır qarşımda Sayan dağları.

Ozanlar ozanı könlümdən keçir,Cavid xiyabanı könlümdən keçir!

Cavid xiyabanı könlümdən keçir,Ortada Cavidin nəhəng heykəli,Yanır gözlərində sevinc məşəli.

Keçir bu xiyaban paytaxtımızdan,Günəşli, çırağban paytaxtımızdan.

Qoynundan ərdəmli ərənlər keçir,Könlünü ustada verənlər keçir.

Keçir bir novrağı seyrə gələnlər,Qocalar, çocuqlar, qızlar, gəlinlər.

Dolur xiyabana mavi üfüqlər,Gülür xiyabana qızıl şəfəqlər.

Nə dumanlar keçir, nə çənlər keçir...Başımdan sevdalar keçənlər keçir.

Ulu ustadların küçələrindənKeçib nəfəs alır ellər dərindən.

Diləklər açılır gül-çiçək kimi,Xəyala sığmayan bir gerçək kimi,

Röyadan adlayır, xülyadan keçir,Cavid prospekti dünyadan keçir!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов