Dünya türküsü
Həsən Əzizoğluna
Tanrının müridi dünya,Qulların ümidi dünya,Kim deyir ki gidi dünyaDərddən aralı dünyadır?!
Bulaqları ağlar kimi,Gecə-gündüz çağlar kimi,Bağrındakı dağlar kimiDərdi sıralı dünyadır.
Bir dərd bilən həmdəmi yox,Yaxını yox, məhrəmi yox,Yarasının məlhəmi yox,Qəlbi yaralı dünyadır.
Onunla qəm yeyən bilər,Sevib, sevilməyən bilər,Yaşaya bilməyən bilərNə macəralı dünyadır!
Suları gözyaşım kimi,Daşları sirdaşım kimi,Dünya mənim başım kimiAğlı-qaralı dünyadır.
İzmir, 1990
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-dunya-turkusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Seçkilər göstərdi ki, hələ yamandır halımız,Böylə getsə bitməyən zülmətdir istiqbalımız.
BayrağımızÖvladlarımız duymalıdır ki,Bayraq o qürubun alıdır ki,
UnutmaDilini istəyən istər elini,Eli olmaq dili olmaqdır, oğul!
VerYoxdur yer üzündə yerə girmişlər üçün yer,Alçaqlara əl vermə, salam vermə, acıq ver!