Qalın-qalın meşələrdəNə çeşidli heyvanlar var,Çaqqallar var, qabanlar var,Marallar var, ceyranlar var.

Maralları, ceyranlarıDayanıb seyr eylərəm mən,Çaqqalları, qabanlarıBu dünyada neylərəm mən?!

Yaxın, uzaq ölkələrdəNə çeşidli insanlar var,Yaxşılar var, yamanlar var,Mələklər var, şeytanlar var.

Mələk kimi insanlarıKönlümdə şer eylərəm mən,Şeytanları, yamanlarıBu dünyada neylərəm mən?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов