Ocağım mənim
Haraya yollansam, haraya getsəm,Könlümü, canımı nurla isitsəm,Dostlardan çeşidli salıq eşitsəm.
Uzaqdan gəlsə də sorağım mənim,Hər səfər olsa da bir ülfət kimi,Yaxır varlığımı bir həsrət kimiDoğma evim mənim, ocağım mənim!
Mən öz ocağıma candan bağlıyam,Burda duyğuları çilçırağlıyam,Onsuz çətin coşam, çətin çağlayam,Buradır ən uca oylağım mənim.Onu dəyişmərəm bu yer üzünə,Məni şəfqətiylə çəkir özünəDoğma evim mənim, ocağım mənim.
Bu ocaq atamdır mənim, anamdır,Alovu ilhamdır, nuru inamdır,Sərvəti dəyərli kitabxanamdır,Odur tükənməyən marağım mənim.Qızıldan bahalı gövhərlərim var,Çeşidli dillərdə əsərlərim var,Doğma evim mənim, ocağım mənim.
Burdadır küsməyim, barışmağım da.Alovlanmağım da, alışmağım da.İstirahətim də, çalışmağım da,Burda yazı masam, yatağım mənim.Burda bir səfalı ömür sürmüşəm,Nələr düşünmüşəm, nələr görmüşəm,Doğma evim mənim, ocağım mənim!
Bu ev aynasıdır Cəfər Xəndanın.Canlı muzeyidir şanlı vicdanın,Eyvanım eynidir ağaran danın,Günəşlə doludur otağım mənim.Qönçələr açılan zərəfşanıdır,Bəxtimin saçılan kəhkəşanıdırDoğma evim mənim, ocağım mənim!
Mən öz ocağıma candan mailəm,Bu ocaq sevgilim, yavrum, ailəm,Mənimlə ömr edir mənim Nailəm,Gülümsər dostlara çırağım mənim.Aydanım, Xəndanım ürəyim, canım,Can gülüstanımdır, can gülüstanımDoğma evim mənim, ocağım mənim!
Bu canım ocaqda ucalıb başım,Buraya bağlıdır neçə sirdaşım,Dostum, könüldaşım, yarım, yoldaşım,Onlardır pozulmaz novrağım mənim.Dostlar müqəddəsdir, dostlar ülvidir,Dostlar ocağıdır, dostlar evidirDoğma evim mənim, ocağım mənim.
Fikirli günümdə, qəmli günümdəXəyala qərq olur Xəzər önümdə,Dar gündə ilhamım hər şeydən ümdə,Bəyaz buludlardır varağım mənim.Sular qələmimlə çağlayıb daşar,Anamın əliylə ruhumu oxşarDoğma evim mənim, ocağım mənim.
Ulusa bağlıyam mən bu həyatda,Dünyada görmüşəm yas da, büsat da,Yaşıl həyətim var üçüncü qatda,Burdadır aranım, yaylağım mənim.Bütün fəsillərdə bağça-bağlıdır,Ulusa bağlıdır, yurda bağlıdırDoğma evim mənim, ocağım mənim!
Bu ev ocağıdır Dədə Qorqudun,Davulun, tanburun, qopuzun, udun,Könlümü kamanla, sazla ovudun,Onlara açıqdır qucağım mənim.Ömrümə yasaqdır bizə ögeylər,Gecəli gündüzlü bir türkü söylərDoğma evim mənim, ocağım mənim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-ocagim-menim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaşasın ölümə üsyan eyləyən,Həyatın canıdır cahan sevgisi.
GöstərinGülə candan, könüldən aşiq olan bülbüləBaşqa bir gül göstərin, aşiq olsun o gülə...
Bir cahiləBaşına böylə fikir gəlmiş ki,Bir ozan da sənə üstün gəlməz.
Canım İstanbulCanım İstanbula candan vurulub, can bul da,Can desən, can eşidərsən canım İstanbulda.