Şəhid gəlini
Qəlbində sənin dursa da bir daş,Qaplan südü içmişdi o yurddaş.Sarsıtma bizi ağlamağınla,Gözyaşlarını sil duvağınla!
Ölməz ulus uğrunda ölənlər,Söylər səni yurdunda görənlər:Ölməz şəhidin sevgisidir bu,Yurd Məcnununun Leylisidir bu!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-sehid-gelini
Клавиши ← → для перехода, R — случайное стихотворение