Təbiət qarşısında
Böyüklər bir çocuqdur məhəbbət qarşısında,Cavahir qiymət almaz o sərvət qarşısında,Könül şairlənirkən təbiət qarşısında,Xəyalım cövlan eylər həqiqət qarşısında!
Könüldən sevməyən yox gözüm, canım baharı,Umulmaz müjdələrdir baharın yadigarı,Gözəl sənətlərin ki şeirdir tacidarı,Ərənlər səcdə eylər o dövlət qarşısında.
Nə aləmdir bu aləm, nə cənnətdir bu cənnət,Gözəlliklərlə parlar, gözəlliklərdə ziynət,Gözəl bir türkü ötmək səadətdir, səadət,Kimin ruhu açılmaz o həsrət qarşısında?!
Həyatda mutluluq yox, sevinc yox bir salıqsız,Umulmaz yaxşılıqdır, olursa qarşılıqsız,Sevilməz candan ancan gözəllər yaxşılıqsız,Nəzakət parlamazmı məlahət qarşısında?!
O şair ki tutulmuş dərin sevdaya az-maz,O, bir şimşək ki dibsiz qaranlıqda yol azmaz,Bir afət sevməyənlər bir ülvi şeir yazmaz,Gərək şair baş əysin bir afət qarşısında!
Saralmaz bir cələngdir mənim hisslərlə hörgüm,Odur ki, dadlı-dadlı ötər dillərdə türküm,Cəhalət carçısından ömürlük yoxdur hürküm.Zəka aciz qalarmı cəhalət qarşısında?!
Udum Qorqud Atamdan qalan uddur, Rəfiqim,Bu ad şəfqətlə çarpan yaşıl oddur, Rəfiqim,Neyim yurd, tanburum yurd, sazım yurddur, Rəfiqim,Xəcalət qalmaram mən bu millət qarşısında!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-tebiet-qarsisinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir türküm olaydı, ona ustadlar uyaydı,Şairlənib, ilhama gələydi eşidənlər.
MirasımGözümdə ulusa bağlı bir murad,Könlümü türkülər açıqlar sizə.
TürkülərimYerdə şimşək kimi çaxsın dilərəm türkülərim,Düşmənin köksünü yaxsın dilərəm türkülərim.
Yaxşıdır, oğlumYaxşılar gözəllik nuru yayırlar,Yaxşılıq gözəlin naxşıdır, oğlum.