Türk gözəli
Qaplan dərisindən geyinib kürk,Ceyran kimi qızdır o gözəl türk.
Heyranmı olub qaplana ceyran?Qaplanmı olub ceyrana heyran?!
Bir nəşə saçan qəmdir o gözlər,Aləmdə bir aləmdir o gözlər.
Ceyranmı o qız, qızmı o ceyran?!Qaplan kimi qansızmı o ceyran?!
Ceyran kimi qaplanmı o, bilməm,Qaplan kimi ceyranmı o, bilməm!
Ceyran kimi qızdır o gözəl türk,Qaplan dərisindən geyinib kürk.
Bir qaplanı soymuşmu o ceyran?Ah, olmamaq olmaz ona heyran!
Ceyran kimi baxmaqda o qaplan,Qaplan kimi yaxmaqda o ceyran.
Qaplan dərisindən geyinib kürk,Ceyran kimi qızdır o gözəl türk!
Ankara, 1987
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-turk-gozeli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu yurddan çağlayardı bir zamanlarDavullar, zurnalar, sazlar, kamanlar.
Yurddaşım, könlümün səsini dinləYurddaşım, könlümün səsini dinlə,Dinləsən, bilərsən mən nə istərəm.
Yaşayar şair olanlar ölümündən sonraYaşayar şair olanlar ölümündən sonra,Gözünü yer üzünə yumduğu gündən sonra.
Sən, Rəfiq, ən ulu sevdaya düşənlərdənsənSən, Rəfiq, ən ulu sevdaya düşənlərdənsən,Ulus uğrunda qələmlə döyüşənlərdənsən.