Paytaxtını sorsan, deyər üç min yaşı vardır,Təsdiqləyən anbarda çopur bir daşı vardır.

Yurdunda olanlar hamısı boynu bükükmüş,Xaricdəsə üç milyon itən qardaşı vardır.

Bir milyonadək sanki gəbərmiş iki gündə,Guya ki qırılmışları addımbaşı vardır.

Şairlərinin saçdığı kin, yazdığı böhtan,Alimlərinin alveri var, daşbaşı vardır.

Gəz aləmi, bunca yalana aşiq olan yox,Gör hansı diyarda bu qədər çox naşı vardır!

Dövlət kimi bir əsrdə şöhrətli deyilkən,Millət kimi ardında duran dindaşı vardır.

Kimlər buyurub, qurdu basar arxalı itlər?Qurd oğlu basılmaz, nə qədər yurddaşı vardır!

Adlar da, soyadlar da bizim dildən alınmış,Hər türkümüzün orda bir ortaqdaşı vardır.

Torpaq da bizim, göl də bizim, çay da bizimdir,Adlar dəyişilməkdə, işin uğraşı vardır.

Bir tayfa ki, dünyanı gəzir cingənələrtək,Haqmı, bağırarsa soyu var, soydaşı vardır?!

Hər millətin öz adəti, öz tarixi olmuş,Tarixə yamaq tayfaların boş başı vardır.

Olmuşmu məgər milli xörək özgə dilində,Get gör, aşı var, dolması var, bozbaşı vardır.

Basdırma, kabab, küftə tələffüz edə bilməz,Əslində ayaqdan bişirilmiş xaşı vardır.

Cəllad kəsilən Andranik andıra qalsın,Alçaq olanın alçaq olan sirdaşı vardır.

Heykəl də yapılmış ona qansızlar əliylə,Qan içdiyinin şahidi min çağdaşı vardır.

Əlbəttə ki, bir gün çıxacaqdır üzə gerçək,Hər hiylənin, əlbəttə ki, bir gün faşı vardır.

Tarix! O həqiqət dolu bir məhkəmədir ki,Tarixdə əzəldən əbədi yaddaşı vardır!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине