Neçə şeir yazılıb anaların adına!Anadan kim doyub, kim?Şöhrətimin şəhəri,Bakım!Göy gözlü Xəzəriminsahil yaraşığı!Abşeron gecələrininsayrışan işığı!Hirsli küləklərin cıdır düzü!Yolumun gecəsi, gündüzü!Yurdumun isti qucağı!Babamın ocağı!Balalarımın yuvası!Baharlı qışı,dəli-dolu yağışı,dəymə-düşər havasıdillərdə dastan olanBakım!Enli fəhlə kürəkli,geniş insan ürəkli,duzlu, çörəkliBakım!Törə meynələriyelin-yelin üzümlü.Altı qızıl, üstü qızıl,Hər sınağa,hər möhnətə dözümlüBakım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине