Mən torpağam
Mən torpağam, məni atəş yandırmaz;tərkibimdə kömürüm var,külüm var.Mən baharam çəmən-çəmənçiçəyim var, gülüm var.Mən küləyəm, əsməsəm,kim bilər ki, mən varam.Mən buludam, səhraları susuz görüb,ağlaram.Mən ürəyəm, döyünməsəmölərəm.Mən insanam,sadə insan əlininyaratdığı nemətlərlə öyünməsəm,ölərəm.Mən işığam – qaranlığın qənimi.Mən insanam,daşıyıram qəlbimdədünyaların sevincini, qəmini.Maraq dolu gözəm mən,baxmaya bilmərəm.Qarlı dağdan süzülən çayam mən,axmaya bilmərəm.Mən insanam,vətənim var, elim var.Ən böyük həqiqəti,azadlığı, məhəbbəti, nifrəti –söyləməyə qadir olandilim var.Mən bir qranitəm ki,hər parçamda duyulurbərkliyim,döyüşdə möhkəmliyim,ülfətdə kövrəkliyim.Mən insanam, ülfətsiz –ölərəm.Məhəbbətsiz, nifrətsiz –ölərəm.Mən bulağam,tapşırıqla axmıram.Mən həyatam,həmişə yoldayam;nəfəsdəyəm, arzudayam,baxışdayam, ürəkdəyəm, qoldayam.Mən torpağam, nemətimi, varımızəhmət sevən insanlarla bölərəm.Mən ürəyəm, döyünməsəmölərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-men-torpagam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mərd döyüşəndə namərd qaçar,Dağlar kömür kömürlənər
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
من به هر جوری نخواهم کرد زاریزانکه دولت باشد از خوی تو خواری
Qəzəl: Ey gül-ra'na, məni cövr ilə nalan eyləməEy gül-ra'na, məni cövr ilə nalan eyləmə,Razımı bülbül kimi aləmdə dastan eyləmə