(Afrika siklindən)

Elə bil ki, qaranlıqmağara içindəyik.Qaranlıq qatran kimialıb içinə bizi.Qaranlıq içindəqaranlığı görürük,qapqara,dümdüz,timtikanlı.Qaranlığı eşidirik,qara sükut içində.Barmaqlarımızın ucundaduyuruq qaranlığı.Qaranlıq göynədir gözlərimizi.Qaranlıq qapqara şəlalədir,Axır heçlikdən heçliyə.Axır səssiz,Axırqara günlərimizə qarışıq.Elə bil, eybəcər vahimədir,gözlərini dirəyib,bizə baxır.Qaranlıq bəndləyib,Qollarımızın qüdrətini.Qaranlıq hər bir hüceyrəmizdədir.Sızım-sızım sızlayır,göyüm-göyüm göynəyir,beynimizdə bu qaranlıq.Bir səs:– Əllərinizə diqqətlə baxın!İşıq yolu əllərinizdədir.Üfüqlərdə çırpınırsarı qanadlı kəpənək.Səhərlə əl-ələ verib,Qaranlığı boğasınız gərək.Şəfəqlər tökülsün yurdunuzaqucaq-qucaq,çiçək-çiçək.

Bakı–Göyçay, 1977

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов