Bu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet hökumətinin və Bolşevik partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir.

Azərbaycan xalqı guya ki, əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş.

Xalq idarəsi, xalq üçün, xalq tərəfindən qurulan bir idarənin adıdır. 32 ildir Azərbaycanda davam edən idarə isə xalqa hökm edən bir zülm və istibdad idarəsidir. Sözü, yazını və nəşriyyatı manapol altına alan bolşeviklər tarixi təhrif edirlər: deyirlər ki, bundan 32 il əvvəl aprelin 28-də Azərbaycan fəhlələri ilə kəndçiləri üsyan etmiş, bəylərin, xanların, ağaların hökumətini yıxmış, yerinə Sovet hökumətini vücuda gətirmişlərdir. Bu üsyanın başında duran "İnqilab Komitəsi" isə Rusiya sovet hökumətinə müraciətlə özünə kömək istəmiş, o da qızıl ordunu Azərbaycana göndərmişdir.

Halbuki həqiqət tamamilə bunun əksinədir: Ayın 27-sində Qızıl ordu üstün qüvvətlərlə Azərbaycan sərhəddini keçmiş, göstərilən müqavimətləri qırmış və Bakını zorla tutmuşdur. Bundan sonra özü ilə gətirdiyi "Azərbaycan inqilab komitəsi"nin adından guya "üsyan etmiş Azərbaycan fəhlə və kəndçilərinə" köməyə gəlməsini özü xahiş etmişdir.

Bolşeviklərin 31 ildən bəri hər il 28 Apreldə təntənə ilə bayram etdikləri hadisə bu hadisədir. İstila hadisəsinə onlar istiqlal deyirlər. Burada bir xalq hökuməti deyil, xalqı əzən bir diktatorluq quruldu; buna "fəhlə diktatorluğu" dedilər, amma yalan: bu fəhləni də əzən bir diktatordur. Bu, Azərbaycan Xalqının 34 il əvvəl 28 Mayıs 1918-də başından atdığı yabançı istilasının yenidən daha qorxulu şəkildə geri dönməsindən başqa bir şey deyildir.

Azərbaycanlılar! Sizi bu gün azadlığınızdan etdilər; söz, yazı və yığıncaq həddini əlinizdən aldılar. Azadlıq, burjua boşboğazlığıdır dedilər. Bəylərdən torpaqları, sahiblərindən fabrikaları aldılar. Bir qisminizi kolxozlara, bir qisminizi də fabrikalara zəncirlədilər. Sözdə kapitalizmi qaldırdılar amma, işdə dövlət kapitalizminin əsirləri oldunuz. Bir dilim çörək üçün briqadirlərin qamçıları altında canınız çıxasıya çalışdırıldınız; fəhlə olanlarınız fabrikalara bağlı qullar halına düşdünüz. Komissarların və partiya böyüklərinin gözəl yaşayışları ilə zəhmətkeş xalqın halını bir tutuşdurunuz. Bu idimi sizə vəd edilən bərabərlik?

Dəmir pərdə ilə xarici aləmdən ayrılmış bir vəziyyətdə olan sizləri bolşeviklər min cürə yalan və palanlarla idarə edirlər: bütün dünya əsir ikən siz azadmışsınız; bütün dünya acikən siz toxmuşsunuz; hər tərəfdə müsavatsızlıq və hərc-mərc variykən Sovet Azərbaycanında nizam və intizam varmış. Sovet Azərbaycanı Cümhuriyyəti bütün dünyaya və ələxüsus Şərqə nümunə bir Cümhuriyyət imiş! Bu nümunə Cümhuriyyətdə kultura inkişaf edirmiş: "formaca milli, məzmunca sosialist" proletariat kulturasından sizə çox bəhs edirlər: formaca milli olacaq yazımız on beş ildir rus hərfləri ilə yazılır, yalnız hərflər deyil istilahlar da ruslaşdırıldı. İslami və Avropalı istilahlar işlətmək indi yasaqdır. Kommunizmin müqəddəs dili Ruscanın istilahlarını işlətmək məcburidir. Formanın ruslaşdırılmasından sonra sıra məzmuna gəldi. İndi sosialist olacaq məna da ruslaşdırılır. Tarixdə ideallaşdırılacaq qiymətlərdən insan azadlığını və milli istiqlal hadisələrini deyil, rus imperializmini təmizə çıxaracaq misallar verilməliymiş. Bütün dünyada milli istiqlal qəhrəmanı deyə tanınan Şeyx Şamil dünən alqışlanan bir sima ikən, bu gün mənfi bir tip olur. Azərbaycan xalqının, şücaət, cəsarət, fədakarlıq, igidlik və vətənpərəstlik hisslərini qıcıqlayan "Dədə Qorqud" hekayəsi dünən faydalı bir əsərdi, bu gün zərərli görünür. Çünki indi Sovet imperializmi çarların getdiyi böyük rusluq yoluna düşmüşdür.

Böyük şairlərimiz, ədib və yazıçılarımız əksinqilabçı deyə meydandan qaldırıldılar. Millətin şanlı keçmişiylə az çox əlaqəsi olan əsərlər kitabxanalardan yığışdırıldı.

Sadə (təkcə) milli Azərbaycan dövrünün və Türk Mədəniyyət Tarixinin həqiqi müəssəsələri deyil, Azərbaycanın sovetləşdirilməsində tarixi rol oynamış adamların adları belə çəkilməz oldu. Doktor Nəriman Nərimanov 27-28 Aprel hadisəsinin qəhrəmanı idi. O, Azərbaycan inqilab Komitəsinin rəisi sifəti ilə, Qızıl ordunun süngüləri arasında iş başına gəlmişdi. İsminin Sovet istilasını pərdələnməsinə razı olmuşdu. Azərbaycandan Moskvaya yollanan gəmilər və vaqonlar dolusu qarət və qənimət mallarını o, yoldaş Leninə hədiyyə deyə sadiqanə nitqləri ilə yola salmışdı. Bütün bunlara baxmayaraq, bir az sonra, onu suyu sıxılmış limon kimi atdılar, milli əyintiçiliklə töhmətləndirib Moskvaya sürdülər. Ömrünü orada bitirdi.

Başqa bir çox komissarlar da eyni aqibətə düçar oldular. Məsələn: Azərbaycanın sovetləşdirilməsində, birinci gündən etibarən, milliyyətçilik ilə Panturanizmə qarşı amansız surətdə mücadilə edən və Karl Marksın Kapitalının Azərbaycan türkcəsinə tərcümə edilməsi münasibəti ilə "türkcənin şərəfləndiyindən" bəhs edən Ruhulla Axundov, panturanizmin zəhərli bir nümayəndəsi və milliyyətçi Müsavat partiyasının zavallı bir agenti deyə günahlandırıldı. Sovet dərs kitablarında panturanizm ilə panislamizmin "qaçaq fikirlərini" böyük bir diqqətlə arıtlamağı özünə müqəddəs vəzifə sayan və bir çox vətəndaşlarının qanına girən Əli Heydər Qarayev, sonra millətlər arası faşizmin nacins bir nökəri deyə ifşa edildi. Milli Azərbaycan Hökuməti əleyhində konspiraisyonu ilə məşhur olan 1921-də Gəncə üsyanını basdırmağa məmur olan baş komissar Həmid Sultanov İnqilab Məhkəməsinin qərarı ilə, Azərbaycanı Sovetlər Birliyindən ayırmaq istəyən silahlı bir üsyan qüvvətinin başında durmaq töhməti ilə ölüm cəzasına məhkum oldu. Bu cürə misallar söylənməklə bitməz!..

Xalq üçün, qətiyyən deyil, ancaq qızıl Moskva ağaları üçün idarə olunan Sovet Azərbaycanında xalqa azacıq yaxınlıq göstərən insanlar Stalinin dövründə bir xalq düşmənidir. Vaxtilə Sovet rejiminə böyük yararlıqlar göstərən bir çox yerli kommunistlərə "xalq düşməni" damğasını vuraraq hamısını silib süpürdülər. O qədər ki, bu gün münasibəti ilə nəşr olunan Sovet qəzetələrində, yubleyi yapılan Aprel inqilabı qəhrəmanlarının elan olunan siyahısında yerli tək bir ada rastlana bilməz. Azərbaycandakı Sovet inqilabının yeganə qəhrəmanı Qızıl ordunun komandanı Stalindir!..

32 ildən bəri üstünüzə qanlı kabus kimi çökən rejim, milli qəhrəmanı olmayan, Xalqın içindən çıxmış rəhbərdən məhrum olan bir rejimdir. Yabançı və yalançı bir rejim!..

Bu sürgünlərin, həbslərin, ölüm lagerlerinin və ardı - arası kəsilməyən qanlı təmizləmələrin, Allahı tanımayan, dinsiz, imansız, zalım NKVD-çilərin rejimidir. Belə bir rejimin hakim olduğu bir yerdə, azadlıq dünyasından gələn bir səsi eşitmək əlbəttə qolay deyildir. Bu çətinliyi bildiyimiz halda səsimizi məzlum Azərbaycan xalqına duyurmaq məqsədilə bu günkü qanlı Aprel istilası matəmini yaşayanlara deyirik ki: bolşeviklər, Azərbaycanda bütün Şərqə nümunə bir dövlət qurduqlarını söyləyirlər. Sözlərində səmimi olub dediklerinə həqiqətən inansaydılar, dəmir pərdəni qaldırar, Cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə və münasibətə gətirərlərdi. Fəqət bunu edə bilməzlər, çünki, o zaman yalanları üzə çıxar: qaraya ağ, zülmə ədalət, yoxsulluğa varlıq, əsirliyə azadlıq, istilaya istiqlal dedikləri aşikar olar!..

Onlar, bu cəsarəti göstərə bilməz, inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində nihai qələbə həqqin və doğrunundur.

Bu zəfər günəşi əlbəttə ki, bir gün Azərbaycanda da parıldayacaqdır!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Azərbaycan Parlamentinin Açılışındakı Nitq

Möhtərəm mə"buslar (deputatlar , millət vəkilləri!) ! Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm mə"busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər (alqışlar). Rusiyada zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə"sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə"yinini pək cəmimani bir surətdə Rusiya məclisi - müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə"kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi - müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və onu istiqlalını emməkdə gördülər. Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi - milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar) Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də"vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər. Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya , millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar). Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam ediyor) Bən buna iman ediyorum.Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha oful etməyəcək (sönməyəcək), bən vicdani - bəşəriyyətə inanıyorum.Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəməz."Cəmiyyəti-əğvam" fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir.Bu buna ümid veriyor.Qüvvətlə inanıyorum ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyildirQaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər (alqışlar). Yaxında açılacaq cülhi-ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq.Bu gün əhvala (vəziyyətə) hakim olanlar müttəfiqlərdir.İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti - əğvam" şüarı yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən e"lan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki,Azərbaycan Cümhuriyyəti paydar olur.Fəqıt bunu üçün təkrar ediyorum səbat, mətanət,fədakarlq istər.İstər ki, biz kındimizin istiqlalə layiq olduğumuzu isbat edəlim.Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz.Hankı vicdandır ki,istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar) Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman hürriyyət fikrinin müməssili (təmsilçisi) olan "Promete" Qafqasya dağlarında zəncirbənd edilmişdi.O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi."Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır.Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bə"id (uzaq xəyal) deyildir.Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan millətlıərin arzusu vəchilə təmin edə biləriz (sürəkli alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar). Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim.Buna iman ediyorum.Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir.Zaman ağır gedəcəyimiz yol çoxtikanlı və arızalıdır.İlləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız.Bu maneəli yoları keçmək və sərmənizili - məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrəbir nümuneyi - əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək iqtidar və iste"dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar). Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar

5 мин
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət

Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: **İnsanlara azadlıq, millətlərə istiqlal!**Bundan 33 il əvvəl, Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.

19516 мин
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət

Əziz vətəndaşlar!**Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm. Bundan 34 il əvvəl – 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalını bütün dünyaya bildirdi. Bu böyük hadisə ilə biz, yüz il sürən çar əsirliyindən qurtulduq. Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm göstərdi.

19525 мин
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciət

thumb|**Müraciətin səs yazısı**Əziz Vətəndaşlarım!**

19535 мин

Стихи других поэтов