Moskva yolunda
Страница 2 из 3 · 33%
İran haqqında xatirələrim
Söz dönüb-dolaŞıb yenə Iran üstünə gəlmiŞdi. Bu münasibətlə mən Irandakı
məŞrutə hərəkatında iŞtirakımla bağlı orada gördüyüm hadisələrə toxunan
xatirələrimi danıŞırdım; o cümlədən təxminən 1911-ci ildə Irandan sürgün
edildikdən sonra Istanbulda Iran inqilabı haqqında təəssüratlarımın bir qismini nəŞr
etdirdiyimi, digər qisminin isə nəŞr edilməmiŞ qaldığını söylədim.
Stalin dərhal maraqlandı, bunları Moskvada nəŞr edək, bizim üçün çox
maraqlı olar, - dedi.
- Yazılar yanımda yoxdur, Bakıda qaldı, - dedim.
- Məhəmməd Əli elə indi geri dönsün, materialları gətirsin, - dedi.
- Hələlik qalsın, birdəfəlik Moskvada yerləŞdikdən sonra baxarıq, lazım
olarsa, Məhəmməd Əli oradan da Bakıya gələ bilər, elə deyilmi? - dedim.
Sultan Məhəmməd Fateh
Stalin bizə bolŞevik partiyasının ona vermiŞ olduğu bir mövzunu iŞləməklə
məŞğul olduğunu danıŞırdı. O, dövlət və inqilab iŞlərindən boŞ vaxtlarında
“Leninizmin əsasları” mövzusunu araŞdırmaqla məŞğul idi. Bu münasibətlə
ideoloji və tarixi bəzi məsələlər ətrafında söhbət etməyi sevirdi. Bir gün mənə:
-Mamed Saltan kimdir? - dedi.
-Mamed Saltanmı? Bu adı harada gördünüz? - deyə soruŞdum. Yadına sala
bilmədi.
Plexanovda görmüŞ olduğunu sonradan baŞa düŞdüm. Demə Mamed Saltan
dediyi Şəxs Sultan Məhəmməd Fateh imiŞ.
Rus çarlığının qurucusu olmaqla bərabər çar mütləqiyyətinin də ideoloqu
sayılan MüdhiŞ Ivan (Ivan Qroznı) üçün Presvetov tərəfindən Sultan Məhəmməd
Fatehin idarəsini xülasə edərək yazılmıŞ bir əsər vardır. Rus sosial-demokratlarının
məŞhur ideoloqu Plexanov Rusiya tarixinə aid yazdığı əsərində bu kitabdan
iqtibasla “Mamed Saltan”dan bəhs etməkdədir. Stalinin heç cür tanımadığı və
öyrənmək istədiyi “Mamed Saltan” elə bu idi: Sultan Məhəmməd Fateh!
Müdhiş İvan bir idealdır
MüdhiŞ Ivan Stalinin dünya görüŞündə çox kök salmıŞ, nümunəvi bir
simadır. O, bir dövlətin ancaq terrorun iŞləndiyi metodlarla yaradıla biləcəyinə
inanır. Qurucu bir dövlət adamının ən təsirli istifadə etdiyi silah terrordur.
Mərkəzdən qaçan qüvvələri bir mərkəz ətrafında birləŞdirmək üçün, onun fikrincə,
Ivanın etdiklərindən baŞqa bir hərəkət qabil deyildir. Tarixin inkiŞaf amili xalq
deyilən amorf kütlə deyil, inqilabçı əqəliyyət (azlıq) zümrəsidir. Bu zümrə
məqsədə çatmaq üçün müəyyən bir plan qurar, kütləni bu plana uyğunlaŞdırmaq
üçün onu zorlayar. Dünyanın bütün inqilabçıları belə etmiŞlər. Stalinə görə MüdhiŞ
Ivan da bir növ inqilabçı idi.
Mən terrorun bir sistem olaraq faydalı olduğunu düŞmənin doğru
olmayacağını izah etmək istədim. Fransa inqilabından bəzi misallar gətirməyə
baŞladım.
O, bir az dinlərdi və:
- Yox, - dedi, yanılırsınız, terrorun, hələ kütləvi terrorun tarixindəki rolu
mühümdür. Biz bolŞeviklər, təbii ki, Şəxsi terroru qəbul etmirik. Bunun faydası
yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror baŞqa, onu qəbul və tətbiq
edəcəyik. Bunun faydası isə Şübhəsizdir, - deyə davam etdi. - Bir adamı öldürməkdən, əlbəttə, bir Şey çıxmaz; bir çox adamı birdən
öldürmək ki, kütləvi bir təsiri olsun, - dedi və əlavə etdi: “Biz tərbiyə etmək üçün
xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları üçün onları
lazım gəlsə kütlə halında cəzalandıracağıq”.
Demokratiya məfhumuna nifrət
Kütlənin məntiqlə qandırılacaq bir Şey olmadığını isbat etmək üçün o
vaxtilə Tiflisdə menŞeviklərdən Xomeriki ilə öz arasında olan bir macəranı danıŞdı.
- Mən, - dedi. - Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi
tərəfindən (komitənin baŞında Lenin dururdu) göndərilmiŞdim. Xomeriki də eyni
Sosial-Demokrat Partiyasının Tiflis TəŞkilatı Mərkəzinin nümayəndəsi idi.
Əksəriyyəti fəhlələrdən ibarət olan yerli partiyaçılar kütləsi qarŞısında mərkəzi
komitə ilə yerli təŞkilatın iki nümayəndəsi sifəti ilə mənimlə Xomeriki
görüŞlərimizi izah etdik. Bir həftə tamam mübahisə etdik. Bir neçə dəfə mən, bir
neçə dəfə də Xomeriki öz tezislərimizi müdafiə etdik. Nəhayət, münaqiŞələrdən bir
nəticə almaq lazım gəlirdi. Bir qərar layihəsini mən, bir qərar layihəsini də
Xomeriki qələmə alaraq iclasa təqdim etdik. Iki qərar layihəsindən birini səs
çoxluğu ilə qəbul etməli idilər. Halbuki nə oldu. Müvəqqəti olaraq ikimizin də
iclasdan bayıra çıxmamızı tələb etdilər. Bir az sonra iclas yenidən baŞlandı və bizi
də çağırdılar. Nə qədər versələr bəyənərsiniz: - Xomeriki yoldaŞı çox sevirik, illərdir bizə baŞçılıq edir, onunla bərabər
iŞləmiŞik. Koba yoldaŞ da mərkəzi komitənin müvəkkilidir, onu da çox sevirik.
DüŞündük-daŞındıq; ən yaxŞısı bu iki yoldaŞı bir otağa salaq, qarŞılıqlı anlaŞmaya
gəlsinlər, ikisini də təmin edən bir formul tapsınlar, biz də onu qəbul edək, - deyə
qərar verdilər.
Bu hekayəni danıŞdıqdan sonra Stalin bizə xitabla: - Xomerikiyə bu da sənin demokratiyan! dedim, - deyir.
Demokratiyaya nifrətini və inqilabçı əqəliyyət prinsipinə, diktatorluğa
bəslədiyi simpatiyanı ifadə edən daha bir misal gətirək.
Rusiya inqilabının əvvəllərində “proletariat” sinfini idealizə etmək bir moda
idi. Proletariata əl dəyilməz, proletariat nə edərsə ona təhəmmül olunur, müğayir
Şərtlər ortaya ataraq tətil edərsə də onu zorla iŞlətmək olmaz kimi düŞüncələr
xüsusilə sosialist partiyalar tərəfindən demaqoji bir surətdə “proletar əfəndilərə”
təlqin olunmuŞdu. Fəhlə sinfinə bu təlqini aŞılayanların baŞında Şəxsən
bolŞeviklərin özləri dururdu. Elə bizimlə ilk tanıŞlığında Şəxsən Stalin də bu sinfi
seçilmiŞ, qabaqcıl bir sinif deyə öymüŞdü.
“Ağ”lara qarŞı mübarizə əsnasında Volqa boyunda bir gəminin yükünü
boŞaltmaq lazım gəlmiŞ, sahildəki fəhlələr iŞləmək istəməmiŞlər; Stalin o saat
onların içindən 20 adamlıq ilk partiyanı dərhal güllələtmiŞ, gəminin boŞaldılmasını
təmin etmiŞdi. Bunu bizə böyük bir iftixarla danıŞırdı.
Xalq görsə inqilab olar
Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir
stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri
endir dedi. Məhəmməd Əli:
- Yoldaş Stalin, bu niyə? - deyə soruşdu.
- Bayırdakılar masamızı görməsinlər, - dedi.
- Görürlər görsünlər, nə olar ki?..
- Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində olan xalq
bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?
Trotskiyə qarşı dərin bir nifrət
VətəndaŞ müharibəsi və inqilab zümrəsi içindəki çəkiŞmələrə, bolŞevikmenŞevik
münaqiŞələrinə aid cürbəcür mövzular ətrafında inqilab aktyorlarından
bəhs edən Stalin, Lenindən böyük bir ehtiramla bəs edir, onun rus olduğunu yerliyersiz
qeyd edirdi.
O zaman adı Leninin adı ilə bərabər çəkilən Trotskinin hər Şeydən əlavə
yəhudi olması səbəbindən baŞda ola bilməyəcəyini söylərdi. “Xalq dövlətin
baŞındakı Şəxsə çox diqqət edir. Onun bütün sümüklərini bir-bir öyrənir, əslinə-
nəcabətinə əhəmiyyət verir” - deyirdi.
Bu arada bir münasibət gətirərək özünə Leninin nədən daima Lenin adı
yanında bir də Ulyanov adını qeyd etməyi unutmamasının səbəbini soruŞdum
(görünür, Lenin bunu özünün yəhudi deyil, əsl rus olduğunu göstərmək üçün
edirdi). Bir az düŞündü və: “Bunun səbəbini bilmirəm”, - dedi.
Lenin Stalin üçün “böyük bir müəllim”, “dahi bir rəhbər” idi. Nə qədər sərt
və çətin əmrləri olurdusa, bunları mütləq yerinə yetirmək onun üçün bir zövq idi.
Sarisın (sonra Stalinqrad) cəbhəsi müŞkül bir vəziyyətdə ikən Lenin nə bahasına
olursa-olsun Sarisını əldə saxlamalısan deyə göndərdiyi teleqrama Stalin “əlim
titrəməz!” deyə cavab vermiŞ və özündə zəiflik hiss edən hər kəsi güllələtmək
surətilə istənilən nəticəni təmin etmiŞdi.
Trotskiyə gəlincə, bu “əski menŞevik”dən Stalin istehza ilə danıŞırdı.
Stalinə görə o, təmtəraq sevən, xudpərəst, qeyri-səmimi, dəyərsiz, yalançı bir dil
pəhləvanı imiŞ. Uzun zaman bolŞevik əleyhdarı bir menŞevik ikən onun Leninə
yalnız son dəmdə “zəfər təranəsi çalaraq gəldiyini” istehzalı bir dillə qeyd edirdi.
1919-cu ildə VarŞava altındakı məğlubiyyəti üçün Qızıl Ordu Stalinin ifadəsinə
görə yalnız Trotskinin ədəbazlığına borclu imiŞ.
Antisemitizm
Trotskini tənqid və istehza edərkən Stalinin ifadəsindən çox da
gizlədilməyən bir antisemitizm qoxusu gəlirdi. Bir gün qatarımızın durduğu
stansiyaların birində bayırdan içəri girən Stalin müəmmalı bir əda ilə mənə xitab
edərək:
- Yoldaş Rəsulzadə, Siz Qaşqar proletariatını tanıyırsınızmı?- deyə soruşdu.
- Orada proletariat nə gəzir! - deyə cavab verdim. O:
- Hə!.. Cühudun (rusca həqarətlə deyilən “jid” təbirini işlədərək) birisi
gəlib, özünü mənə Qaşqar proletariatının nümayəndəsi deyə təqdim edir, belə
bir proletariatdan xəbərim yoxdur, deyə onu rədd etdim. - dedi.
Avropalılar haqqındakı hissiyatı
Çiçerinin xarici siyasətdəki rolunu da Slalin ciddi saymırdı. “Tülkü
avropalılar bizim hərif diplomatlarımızı aldadırlar” deyirdi. Gürcü və rus
dillərindən baŞqa bir dil bilməyən və Avropaya qısa müddətdə yalnız bir dəfə
Leninlə görüŞmək üçün gedən və orada ikən son dərəcə sıxılan Stalin Avropa
mədəniyyəti deyilən Şey haqqında yüksək bir fikir sahibi deyildi. Onun üçün bu
mədəniyyət slavyanofillərin düŞündükləri kimi çürümüŞ bir mədəniyyət idi. Əsl
yeni və sağlam mədəniyyəti sovetlər yaradacaq, buradan dünyaya yeni bir iŞıq
yayılacaqdı.
Bu gün Rusiyada artıq çəkinmədən təriflənən mədəni sahədəki rus liderliyi
Stalinin söhbətlərində hələ o zaman sezilirdi. Rus onun üçün dünyanın mənən
olduğu kimi təbiətcə də ən məhsuldar bir milləti idi. Kənddə rast gəldiyi hamilə rus
qadınının “on beŞ uŞağım var, on altıncısı da elə buradadır”, deyə böyük bir
iftixarla qarnını göstərdiyini, bəhs etdiyi qadını təqlid edən bir jestlə canlandırırdı.
Avropa kapitalistləri öz mədəniyyətlərini ya Ingiltərə və Fransa kimi
əllərinə keçirərək müstəmləkələrinə çevirdikləri ölkələr hesabına, ya da Almaniya
kimi məğlubiyyətə uğratdığı Fransanı hərraca qoymaq surəti ilə təmin etmiŞlər.
Sənayecə bu millətdən çox geri qalan Rusiyanı inkiŞaf etdirmək üçün daxili
müstəmləkəçilikdən istifadə etməkdən baŞqa bir çarə qalmamıŞdır. Leninin
təsəvvür etdiyi beŞillik plan isə inqilabi Rusiyanı bir an əvvəl sənayeləŞdirməyə
yönəlmiŞ bir əzmdir. Rusiyada əzəmətli bir sənayeləŞdirmə planı tətbiq olunacaq;
bu sahədə əsrlərin nəticəsi olan gerilik aradan qaldırılacaq; kommunist inqilabını
bütün dünyaya yaymaq üçün müstəmləkə və yarımmüstəmləkə halında olan bütün
iərq millətlərinin Qərb kapitalistlərinə qarŞı apardıqları istiqlal mübarizəsinə özləri
həm dayaq, həm də rəhbər olacaq.
Stalinin bu yolda elə “siqayi-müzari” ilə (indiki-gələcək zaman formasında)
bəhs etdiyi planlara qarŞı cəbhədən hücum etmək bizim vəziyyətimizdə olanlar
üçün bir “nəzakətsizlik” olardı; /onun/ nəzəri-diqqətini görülmək üzrə olan iŞlərin
bu xüsusda çox da ümidverici bir halda olmadığına iŞarə etməklə təmin edirdik;
Sovet sistemində insanın bir fərd və bir Şəxsiyyət olaraq ortadan qaldırıldığını irəli
sürürdük.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resulzade-stalinle-ixtilal-xatireleri-moskva-yolunda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sabahdan etibarən dördüncü səhifəmizdə çox maraqlı xatirələrinioxuyacağınız Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin
Stalinlə ixtilal xatirələriStalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastikadamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir
Çarlığa qarşı mücadilə yarım yüzil öncəQafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiyaimperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr
Azərbaycan cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı1917-ci ildə hökumət rəisi Lenin və millətlər komissarı Stalinin imzalarını ehtiva edən bir bəyannamə ilə Sovet hökuməti Rusiya imperatorluğu daxilində bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratlarını və istərlərsə Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini təmin edirdi. Təntənəli Şəkildə ifadə olunmuŞ bu aydın deklarasiyaya rəğmən, 28 may 1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik milli bir dövlət halına gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları Moskvadan göndərilən Qızıl Ordu hissələri tərəfindən zorlanmıŞ, 27 nisan (aprel) 1920-ci ildə məmləkət qızıl rus hissələri tərəfindən istila edilmiŞdi. Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçilmiŞ, hər cür müqavimət hərəkatları amansız surətdə basdırılmıŞdı. Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləŞdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı cümhuriyyəti ünvanı mühafizə edilirdisə, iŞdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır; liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqəladə ixtilal məhkəməsi mənasına gələn “Çrezvıçayka” cəza makinəsi (maŞını) durmadan çalıŞır (iŞləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir Şəxsiyyət buraxmırdı.Bakıda “Osobı Otdel” həbsxanasında**
Стихи других поэтов
A sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Gözünüzə su verinDünya xəritəsinə,Dünyanın altı qitəsinə,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.