Страница 2 из 5 · 20%

  • Bura bax, bu yürüŞ ancaq bayram hədiyyəsi alan uŞaqlarda olur!

Məhəmməd Əlinin xüsusi qatarı

Moskvada Kommunist Partiyasının 8-ci qurultayı açılırdı. Bu münasibətlə
Rusiyanın hər tərəfindən hökumət mərkəzinə nümayəndələr gəlmiŞdi. Qafqazdan
da ən məŞhur kommunist liderləri gəlmiŞdilər. Bu arada KronŞtad qiyamı baŞlamıŞ
və bu hadisə məmləkətin hər tərəfində diqqətə Şayan təsir buraxmıŞdı. Üsyan az bir
vaxtda dərhal yatırılmıŞsa da, Lenin bu hadisədən dərs alaraq “hərbi kommunizm”
taktikasını “nep” deyilən yeni iqtisadi siyasət taktikasına çevirmiŞdi. Sovet
siyasətində yeni bir dövr təŞkil edəcək bu hadisənin Azərbaycanda nə kimi təsirlər
yaratdığını öyrənmək lazım idi; bu münasibətlə alınacaq tədbir və hərəkət xəttinin
əsasını doğru olaraq təsbit edə bilmək üçün bu informasiyalara böyük bir ehtiyac
var idi.
Məhəmməd Əliyə dedim ki:

  • YoldaŞ Stalinlə görüŞdüyümüz zaman Iran inqilabı haqqındakı
    xatirələrimdən bəhs etdiyim yadındadır. O, bunlara aid materialları dərhal dönüb,
    Bakıdan gətirməni istəmiŞdi. Mən iŞi sonraya saxladım. Indi əsl vaxtı gəldi.
    Qurultay nümayəndələri bu günlərdə Bakıya qayıdırlar; bir yolunu tapıb, onlarla
    birlikdə Bakıya getsən fəna olmaz, vəziyyəti öyrənmiŞ olarsan.
    Məhəmməd Əli Iran inqilabı haqqında materialları gətirmək üçün Bakıya
    gedəcək deyə məsələni Berzanovskiyə açırıq. Məsələ onu da maraqlandırdığından
    (bazar günü olmasına baxmayaraq, məsələ təcili olduğundan) dərhal telefonla
    məsələni Stalinə ərz edir. Stalin dərhal “Məhəmməd Əli yola çıxsın” deyə əmr
    edir. Nümayəndələr bir az sonra, o axŞam yola çıxacaqlarından Berzanovski tələsik
    büroya qaçır, lazım olan kağızları hazırlayır və xüsusi olaraq qoŞdurduğu
    komissarlıq xizəyi ilə gələrək bizi də evdən götürür. Birlikdə stansiyaya gəlirik.
    GecikmiŞik. Nümayəndələri aparan qatar on dəqiqə əvvəl hərəkət edibmiŞ...
    Indi nə olacaq? - deyə Berzanovski böyük bir qüssə ilə stansiya Şefinə:
  • Bu necə ola bilər, yoldaŞ Stalin əmr edib, yoldaŞ Məhəmməd Əli bu
    qatarla gedəcəkdi?..
    Stansiya Şefi:
  • YoldaŞ direktor, üzülməyin, hələ ki, gec deyil, əlacı var. Qatar iki stansiya
    irəlidə su almaq üçün yarım saata qədər gözləyəcək; xüsusi bir lokomotivlə bir
    vaqonu elə indi yola salarıq, yoldaŞ onunla gedər, nümayəndə qatarına yetiŞər.
    Berzanovski:
  • Bravo, yoldaŞ Şef!.. - deyə dərin bir nəfəs aldı. On dəqiqə sonra
    “Məhəmməd Əlinin xüsusi qatarı” hərəkət etdi, arxasınca bir də onu gözləsinlər
    deyə bir teleqram vuruldu.
    Kontr-revolyusioner müsavatçı Məhəmməd Əlini aralarında Orconikidze,
    dr. Nəriman Nərimanov, Qorxmazov, Ter-Mikaelyan və sairləri kimi bolŞevik
    baŞçıları olan 8-ci Kommunist Partiyası nümayəndələrini aparan xüsusi qatar
    gözləyib durmalıdır; çünki...
    YoldaŞ Stalinin əmri icra ediləcək!..
    Məhəmməd Əli getmiŞ, bir müddət Bakıda qalmıŞ, vəziyyət haqqında
    dolğun məlumatlarla yüklü olaraq geri dönmüŞ, fəqət səyahətinin “əsl mövzusu
    olan” materialları tapıb gətirə bilməmiŞdi.
    Əslində biz xatırlatmadıqca bunları axtaran da yox idi.

Abbasqulu Butırkadan çıxır

Kommunist Partiyası mərkəzi bürosundan Berzanovskiyə telefon edib,
Rəsulzadəni dostu Abbasqulu Kazımzadə axtarır deyiblər. Dərhal getdik.
Dostumuzu yanımıza gətirdik... İndi üçümüz - mən, Məhəmməd Əli və Abbasqulu

  • bir otaqda yaşayırıq. Abbasqulu, xatırlayarsınız, Stalinin mənə verdiyi ilk sözə
    görə Moskvaya bizimlə bərabər gələcəkdi. Son dəmdə ona bu “şərəfi” vermək
    istəmədilər. Yerli kommunistlərin ona qarşı xüsusi bir nifrəti vardı. İdeoloji
    mübarizə illərində onları ən çox pozan, məğlubiyyətə uğradan o olduğundan onu
    mütləq incitmək və hər cür həqarətlə “alçaltmaq” istəyirdilər.

Abbasqulunu Moskvaya canilərə məxsus adi sürgün eşolonunda göndərmişdilər; həbsxanadan-həbsxanaya keçə-keçə o, nəhayət, Moskvanın
Lubyanka deyilən meydanındakı məşhur Butırka zindanına salınmışdı. Bir müddət
burada da “staj” keçdikdən sonra qapıları açmış, onu küçəyə atmışdılar.
Abbasqulunu bir işə qoymaq lazım gəlirdi. Onun üçün Berzanovskinin
bələdçiliyi ilə yenə Stalinin yanına getdik, bu zaman o Millətlər Komissarlığı,
qısaca Narkomnats (rusca Narodnıy komissariat nasionalnostey sözlərinin baş
hərflərindən ibarətdir) Nazirliyi Xalq komissarı (naziri) idi.
Millətlər Komissarlığı nazirinin otağında görüşdük. Əvvəllər məşğul olduğu
dəftərxana məmulatı ticarətinə münasib olaraq Abbasquluya yeni yaranmaqda olan
komissarlığında təchizat məmurluğu verilməsi üçün Stalin Berzanovskiyə təlimat
verdi.

Türkiyəyə gedə bilərəmmi?

Abbasqulunun iŞi ilə əlaqədar görüŞdüyüm əsnada Stalin:

  • Necə yaŞayır, nə düŞünür, nə edirsiniz? - deyə hal-əhval tutdu.
  • Xırda-mırda iŞlərlə, gündəlik həyat zərurətlərilə məŞğulam, - dedim.
  • Həyat deyilən Şey əslində elə xırda-mırda iŞlərdən ibarətdir, hər halda bir
    perspektiviniz vardır, - dedi.
  • Moskvada qaldıqca bir perspektivim yoxdur, - dedim.
  • Bəlkə Türkiyəyə gedəsiniz? - dedi.
  • Hm.„ - deyə bir az düŞündüm, sonra, - bəli, - dedim. - Artıq Türkiyə ilə
    tam anlaŞmıŞ vəziyyətdəsiniz... Bəlkə də mənim oraya getməyimə bir maneə
    yoxdur. Icazə versəniz bundan məmnuniyyətlə istifadə edərəm, nə deyirsiniz?.. -
    deyə cavab verdim.
  • Stalin dərhal qalxdı. Bığlarını buraraq otağın içində o tərəf - bu tərəfə
    gedərək...
  • Bu qərardan vaz keçin, - dedi.
  • Qərar deyilən bir Şey yoxdur, bu fikri indicə mənə əslində siz təlqin
    etdiniz, - dedim.
  • Yox, təlqin etməmiŞ olum, - dedi.
    Məsələ aydınlaŞdı. Moskva yolunda ikən müəyyən ideoloji nümayəndələri
    olan müxaliflərə qarŞı Sovet hökumətinin mərhəmət göstərdiyindən hətta Ukrayna
    Şeflərindən Verniçenkoya xaricə getmək üçün izhar etdiyi arzunu təmin edərək
    rəsmən icazə verilmiŞ olduğundan danıŞan Stalinin artıq bunu bir daha təcrübədən
    keçirmək niyyətində olmadığı məlum oldu (bolŞeviklərin Ukrayna haqqındakı
    tədbirlərini təqdir edən Verniçenkonun xaricə çıxdıqdan sonra fikrini dəyiŞdirərək
    sovet dövlət adamlarına qarŞı müxalif bir Şəkildə danıŞmasından bəhs edən Stalin
    təcrübədən keçmiŞ bir iŞi ehtimal ki, bir daha təcrübə etmək niyyətində deyildi).

Yeni mənzil, yeni məşğələ

“Təchizat məmuru” Abbasqulu dostumuzun təŞəbbüsü ilə üçümüzə
Millətlər Komissarlığının idarəsində Pereçistenski bulvarda yerləŞən binada iki
otaqdan ibarət yeni bir mənzil ayrıldı. Bu arada ġərq Dilləri Ġnstitutunda (sabiq
Lazarev Ġnstitutu) fars və rus dilləri müəllimliyinə təyin olundum. Bu təyinatı mənə
həmin institutun müdirliyinə təyin olunmuŞ tatar ziyalılarından tanıŞım Ġsməti
təmin etmiŞdi. Az bir vaxtda buradakı ŞərqŞünaslarla yaxŞı münasibətlər, hətta
dostluq yaratdım. Bunlardan birinə ədəbi mətnləri oxumaqda yardım göstərmiŞdim.
O, bir gün mənə:

  • Sizdən soruŞmadan bir iŞ eləmiŞəm; sizə bir akademiya payı təmin etdik, -
    dedi.
    Bütün instituta iki akademiya payı – “alimlərə məxsus ərzaq təyinatı”
    varmıŞ. Payları bölüŞdürən heyətdə bizim professor da sözü keçən üzvlərdən biri
    imiŞ. Bizim mənsub olduğumuz institut professorlarından bu iki paya ona qədər
    namizəd varmıŞ. Dostum bu paylardan birinin mənim üçün ayrılmasına müvəffəq
    olubmuŞ.
    Ona təŞəkkür etdim. Akademiya payı deyib üstündən keçməyin. Kommunist
    inqilabının o hər tərəfdə qəhətlik doğuran bir zamanında ağ un, Şəkər, çay, qəhvə,
    ət, yağ, çörək və sairədən ibarət bir ərzaq təyinatı tapmaq həddindən artıq qayanitəŞəkkür
    ikən, bunu dostluğun həqiqi bir təzahürü olaraq almaq həqiqətən də
    təminedici bir Şeydi.
    Yeni mənzil ilə yeni məŞğələ sürgündəki həyatımıza bir az fərəh gətirmiŞdi;
    yeni tətbiq olunan “nep” siyasəti nəticəsində Şəhərlər arasında artan xüsusi gəliŞ-
    gediŞlər sayəsində məmləkətdə təmaslar da artırdı. Maddi cəhətdən olduğu kimi,
    mənəvi cəhətdən də nisbətən rahat bir nəfəs almağa baŞlamıŞdıq.

Şərqşünaslar cəmiyyətinin sədri

Bir gün Millətlər Komissarlığının baŞ katibi Braydo görüŞmək üçün məni
komissarlığa dəvət etdi. Təyin olunan saatda onunla komissarlığın komissara (yəni
Stalinə) məxsus otağında görüŞdük. Məsələ demə nə imiŞ...
Millətlər Komissarlığı ġərqi öyrənmə iŞlərilə məŞğul olacaq elmi bir
cəmiyyət təŞkilinə qərar vermiŞdir. Rusiyanın tanınmıŞ ŞərqŞünaslarından təŞəkkül
edəcək bu cəmiyyətdə sovetlərdəki millətlərin elm sahəsində nüfuz sahibi olan
nümayəndələri də iŞtirak edəcək; mən də bu cəmiyyətin sədrliyini öhdəmə
götürəcəyəmmiŞ.
Bu göstərilən diqqətə təŞəkkür etməklə bərabər, belə bir cəmiyyətə sədr
olmayacağımı dedim.

  • Nə üçün? – dedi.
  • Hər Şeydən əvvəl özümü hər kəsdən daha yaxŞı tanıdığım üçün. Mən
    davamızla bağlı olaraq müəyyən qədər elmlə məŞğul olsan özümü, ad və san sahibi
    məŞhur alimlərin iŞtirak edəcəyləri səlahiyyətli bir elm müəssisənin sədri olacaq bir
    səlahiyyətdə görmürəm.
    Braydo israr etdi.
  • Lüzumsuz bir təvazökarlıqdır bu! – dedi.
  • Xeyr, söylədiyim bir həqiqətdir. Sizinki isə mübaliğəli bir iltifatdır, -
    dedim.
    Braydo təkrar israr etdi. “Əllamə” olduğumu mənə isbata çalıŞdı. Mən də
    belə olmadığımı söyləyib durdum. O, yoldaŞ Stalin Sizdən bu vəzifəni qəbul
    etmənizi Şəxsən rica edir, deyə ən qüvvətli arqumentini iŞə saldı.
    Mən də:
  • Ona mənim tərəfimdən təŞəkkür edin, fəqət üzrümüzü də yetirin, - dedim.
    O, yenə israr etdi, təkrar Stalinin nüfuzunu istinad etdi. Baxdım ki, məsələ
    ciddi bir Şəkil alır. Taktikamı dəyiŞdirdim:
  • Mən səlahiyyət sahibi dünyaca məŞhur ŞərqŞünasların toplaŞdıqları bir
    cəmiyyətə sədr olmaq ədəbsizliyini boynuma götürə bilmərəm, fəqət çox arzu
    edilirsə, bu cəmiyyətdə sıravi bir üzv kimi iŞləyə bilmərəm bəlkə... – dedim.
    Braydo bu yumŞalmadan məmnun bir əda ilə dərhal:
  • YaxŞı, üzv olun, - dedi.
  • Fəqət bunun Şərti var, - dedim.
  • Nədi o Şərt?
  • Təsəvvür olunan cəmiyyətin nizamnaməsini bir kərə tədqiqə nə ehtiyac?
  • Nə olsa da, hər nizamnaməni nə qədər normal olsa da bir kərə tədqiq
    etmək iŞə ciddiyətlə əhəmiyyət verən hər bir kəsin görəcəyi normal iŞdir, - dedim.
  • Nizamnamə yalnız bir nüsxədir, onu çoxaltmaq elə bir iŞ deyil, - dedim.
  • YaxŞı, - dedi, ayrıldıq.
    Bir neçə gün sonra nizamnamənin istəyim surəti gəldi. Tədqiq etdim.
    Maddələrindən birində üzvlərin 51 faizi Kommunist Partiyası nümayəndələrindən
    olmasının zəruri olduğunun yazıldığını gördüm.
  • Hə! – deyə dərin bir nəfəs çəkdim və dərhal son qərarımı Braydoya
    bildirdim; ġərqŞünaslıq cəmiyyətinə üzv belə olmayacağam, - dedim, - çünki bu,
    elmi deyil, siyasi bir cəmiyyətdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов