Şövqim gətürdi cilvəyə ol sərvqaməti,Münkir imiş, ey həkim, gör imdi qiyaməti.Axır fəqih badə ayağına qoydu baş,Anı qutardı piri-Mutğanın kəraməti.Əğyarı gör nedüm ki, dil azurdə olmayım,Ol ta qəbulun olmadin, olmaz şaməti.Halım yetişdi bir yerə kim, çərx rəhm edüb,Etdi hisar cövrümə səngi-məlaməti.Ey Sadiqi, quvanma vüsalinə dilbərin,Künci-fəraqı bəklə ki, yoxdur nədaməti.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке