Böyük xadim
Həsənbəy Zərdabinin vəfatı münasibətilə
Bu sənmisən, ey dahiyə, ey nəcmi-müzəffər?!Almış səni ağuşuna tabuti-mükəddər!Ey şanlı “Əkinçi!”, sən idin gəncliyə rəhbər!Aldı səni bizdən ölüm, ey nur saçan ülkər!Ey adlı, şərafətli, fədakar, böyük insan,Aləmlərə sığmaz vətənə etdiyin ehsan.Ruhun ola şad, ey ata, inamla çalışdın,Sönməz, böyük ümmid ilə, vicdanla çalışdın.Bar vermədədir bəslədiyin dadlı diləklər,Almış sənin ətrafını, bax, canlı çiçəklər.Həsrət gözünü aç bir an, ey şanlı mücahid!Minlərcə bu məktəbli cavanlar buna şahid.Yordu o zəif cismini zəhmət və məşəqqət,Doğma vətənin qoynuna gir, ol daha rahət.Gəlmiş hamı qəlbində kədər son görüşə, bax!Mümkünmü səni, ey böyük insan, de, unutmaq!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-boyuk-xadim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Meşəliyin ortasında bir tala. Səhnənin sol tərəfindən bir çay axır. Çayın yanında böyük*bir çinar ağacı. Bəhram təpə başında durub ov gözləyir. Əyyar da əlində ağacdan*
Üçüncü pərdəSəhnə vəzirin sarayını təsvir edir. Sağda ikimərtəbəli evin eyvanı. Solda qırx*pilləkən. Pilləkən başında bir otaq. Yaz fəsli. Həyət güllük, çiçəklikdir.*
Məktub yetişmədiIQışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi.
KöçMayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.
Стихи других поэтов · О родине
Sadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
Xaki-payinə o mahın dün səhərdən düşmüşəmXaki-payinə o mahın dün səhərdən düşmüşəm,Zərrə mehr etməz mənə, guya nəzərdən düşmüşəm.
VətənMən gözümü bu torpaqda açmışam,Mənim dilim bu torpaqda söz tutub,