Vətənin yanıq səsi
Uca, qarlı dağlarımın başındanAltaylara bakar, bakar, durardım.Çəmənindən, çölündən, dağ-daşındanQızğın ürəklə sizləri sorardım.
Qısqanırdım sizi hər bir torpağa,Zira sizdə vətən eşqi var idi.Bakdıqca o doqquz tuğlu bayrağaKönlüm sevgi, təsəlliylə dolardı.
O gün tufan kibi Elxan ordusuKi “Güc” deyə qımıldandı yerindən.O tufanı salamlamaq duyğusu,Əksilmiyor, azalmıyordu bəndən.
Yürüyürdü sarsılmaz altun ordu,Yürüyürdü ləkəsiz bayrağıyla.Yürüyürdü günəşə, Şərqə doğru,Altun oxu, qarğışı, mizrağıyla.
Yürüyürdü, çırpınan bir ürəklə,Ün, şan, zəfər arxasına düşərək.Yürüyürdü o, bükülməz biləklə,“Altun ordu” türküsü söyləyərək.
Əyilirdi qarşısında sərt dağlar,Bir düzən yer onlar üçün dağ, dərə.Qıvrılırdı dəniz, nəhr, irmaqlar,Əzilirdi, ayaq basa, hər yerə.
Altun ordu ilərlədi bu qərar,Şərqə, Qərbə, Cənuba yol açıldı.Büküldü həp zalım və məğrur başlar,Hər ölkəyə feyz, rəhmət saçıldı.Alp, Himalay və Karpat həp şənləndi,Çobanları dadlı türkü çağırdı.İrmaqları coşdu, dağlar gülləndi,Bülbülləri “sevgi” – deyə bağırdı.
Bən uzaqdan seyr edincə həsrətləTaleyimə küsdüm, saraldım, soldum.Ana qəlbində çırpınan şəfqətləAltun ordu fərağında saç yoldum.
Bağırdım ki, ey dəliqanlı ərlər!Sizlər üçün qollarımı açmışam.Oralardan əksikmi ya bu yerlər?Yolunuzda mənkəşələr saçmışam.
Ən sonunda çiçəkləndi diləyim,Xatirimdən heç silinməz o günlər.Ey yaradan, puç olmasın əməyim,Yasa batsın şimdi bana gülənlər.
Xatırlarım, yaz idi, həp dağ-daşımTazə gəlin kibi pək süslənmişdi.Sevincimdən göyə dəyirdi başım,Üzərimdə dilək qanadlanmışdı.
Əldə kəskin saldırıcı qılınclaÜç dünyanı tirli-tirli titrədən,Qəlbdə iman, ümid, sevgi, sevincləDüşmənləri intiqamla inlədən.
Üzü dönməz, qorxu duymaz ərlərinSəsləri ildırım kibi gurladı.Haqq üçün çırpınan bahadırlarınGözləri həp şimşək kibi parladı.
Dırmanırdı onlar həp dağ-daşıma,O qüvvətlə dolmuşdu hər bir yerim.Altundan tac takınmışdı başıma,Uçmuşdu həp tasələrim, kədərim.Başlarına gül səpərdi dağlarım,Ağaclarım salam üçün durmuşdu.Şən-şən axardı coşqun irmaqlarım,Bülbüllərim keyf məclisi qurmuşdu.
Qırlarımda bitən pənbə çiçəklərƏllərini öpmək üçün açardı.Altun qanat bəzəkli kələbəklərOnlar üçün daldan-dala uçardı.
O acıqlı türkülərin dinlərkən,Qırlanğıclar yeni dillər söylərdi.Quzuları yamacımda mələrkən,Otlaqlarım yaşarardı, gülərdi.
Ulu, əski, ruhsuz, hissiz yazıq bənArtıq yeni ruh ilə canlanırdım.Alqış sizə diyordum yüz bin bəndən,Güvənərdim, qürurla şadlanardım.
Şəfasınız, deyərdim, hər ağrımaÜrəyimdə alov saçan atəşlə.Övlad, deyə, basdım həpsin bağrıma.Sevincimdən gözlərim dolu yaşla.
Torpağımın qartallı ağ-daşına“Uğurlar olsun!” – dedilər, qondular.Ağ altınla yeni yurdun eşqinəKöpüklü və dadlı qımız sondular.
O dualı qılıncları öpərək,Etdilər də dayanıqlı bir yəmin.Vətən, deyə, həpsi dizə çökərək,Dedilər ki: Annəciymiz, ol əmin!
Aranızda yoxdur alçaq və qorxaq,Bundan sonra götürməsin nəslimiz.İştə şahid başda gəzən şu bayraq,Şan, zəfərdir tariximiz, əslimiz.Haram olsun qanımızı daşıyanO övlada ki, xor baxa vətənə.Heç uğurlar bulmasın da, qussun qan.Yurdumuzu tərk edərsə düşmənə.
Şimdi, siz ey Altayları andıranDəmir ürəkli bir nəslin övladı.Ey qəlbinlə iman, zəfər daşıyanOğuzların, Elxanların əhfadı!
Ananız, bak, sürüklənir yerlərdə,Hər yanına xəncər, nəştər saplanmış.Düşmüş də pək təhlükəli bir pərdə,Sızlar, ağlar, bağrı qan, xırpalanmış.
Babanızdan üzülüncə əllərimGözlərimi sizə dikmişdim yalnız.“Bu qan da o qandan süzülmüş” – derdim,“Yaman günümdə imdadım olursunuz”.
Nədən şimdi fəryadıma qayqusuz,Dəyişdimi damarınızda əski qan?Nədən oldu dərdlərimə duyğusuz,Qəlbinizdə söndümü sevgi, iman?
Babalarınız etdiyi bir yəminə,Yoxmudur ya sizdə hörmət, riayət?Onlardakı şanə, imana, dinə,Çarpmıyormu qəlbinizdə məhəbbət?
Rəvamidir o bəxtiyar günlərim,O dəbdəbəm, o şövkətim alınsın?!Al duvaqlı, şən, parlaq düyünlərimYasa batsın, başına qara bağlasın?
O qəhrəman ata-baba yurduna daYazıq, qalsa sizin kibi övladaDaşısın bin fəlakəti, ardındaBaşlamasın çırpınmağa, fəryada.Didinməsin, zülmləri boğmasın,O arslanlar yurdu olan torpağım.Böylə namussuz övladı doğmasın,Qararmasın başda gəzən bayrağım.
O şən, o bəxtiyar könlüm dolu qan,Böylə səfaləti artıq çəkəməm!Sönməz bəndə əski sevgi və iman.Uca başımı alçaqlara əyəməm!
İldırımlar gurlasın!Bulutlarım hazırlansın tufana!Dağım-daşım boyansın həp al Qana,Şimşəklərim parlasın!
Anacığım, qanımız həp əski qan,Elxan nəsli hər bir zaman xələfdir.Ürəymizdə həp o duyğu, o iman,Taleyimiz ün, zəfərdir, şərəfdir.
Şu vətənin dağlarında-daşındaQurtarıcı qəhrəmanlar az deyil!Hər obanın, hər ocağın başındaBin qəhrəman fürsət bəklər, əmin ol!
Beş dünyanın vəhşiləri toplansa,“Ölüm” deyə, “Vətən” deyə qoşarız.Bu torpaqlar qanımızla boyansa,Nəfəsimiz qalınca öc alarız.
O əllər ki, bu gün səni qurtarmaz,O dillər ki, səni bu gündə anmaz,O ürək ki, sənin üçün çarpamaz,O ayaq ki, “Vətən” deyərək qoşmaz,Al qana boyansın!Sevdiyi başı ucunda yas qursun!Anaları ağı desin, saç yolsun!Sənin kimi ağlasın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-vetenin-yaniq-sesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!İndi sənə yem, su verərəm, durma, kəlim, çək!
KöçMay olcağın el köçür yaylaqlara,Səs-küy düşür meşələrə, dağlara.
ParçalarBərqi-əşarım saçar ətrafə atəşparələr.Şölələnmiş atəşi-şerimlə səngi-xarələr.
Hürriyyət pərisinəSöndün nə çapıq, ruhuma qüvvət verən ey nur,Ümmidi-vüsalınla sənin mən yaşayırdım.