Ağrı dağı
Bir ərzim var, sənin xaki-payına,Eşit bu ərzimi sən, Ağrı dağı.Sənə çıxan görər cümlə-cahanı,Görünər gözünə Van, Ağrı dağı.
Bülbül gedər, gül yanında xar olar,Pərvaz eylər yuvasından sar uçar.Yayın günü şəfəq vurar tar uçar,Eyləmə nahaqdan qan, Ağrı dağı.
Xan atlanar, xan taxtına xan düşər,Dəstə yeri camaata ün düşər.Səhər ertə əvvəl sənə gün düşər,Sənə qurban şirin can, Ağrı dağı.
Zirvəsində illər boyu dumandı,Dünyaynan yaranıb, hələ cavandı.Dağların başında Çopur Sultandı,Düşüb ortalığa Xan, Ağrı dağı.
Məmmədhüseyn ölən günə al ağı,Cəhd eylə olmasın onun calağı.Nuh gəmisi, peyğəmbərin bulağı,Saxla qiyamətə sən, Ağrı dağı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-agri-dagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Camal ovçusuyam mən bu cahanda,Müştağam gəzirəm, de bir üz, bir üz.
Dil-diləKönül uyma hər yetənə, yad olar,Ömrünə vəfalı şirin dil-dilə.
DolanarBir gözəl ki, qəsdə dura, can üzə,Ömrə-günə, qəm kəsilər, dolanar.
Göz olarBelə şux geyinib, şux gəzən gözəl,Gözlərintək çətin özgə göz olar.
Стихи других поэтов
Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Qəzəl: Dəmbədəm nalan olarsam, nola, manəndi-həzarDəmbədəm nalan olarsam, nola, manəndi-həzar,Görmədim buyi-vəfasın qönçədən, ey gülüzar
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri