Bilmədim
Ömrümə yaraşıq, könlümə həmdəm,Bir gözəl aradım, tapa bilmədim.Bir sevinc istədim hazır oldu qəm,Uçdu könül quşu tuta bilmədim.
Dedim həsrət əlim çatsın əlinə,Dolansın qollarım incə belinə.Danışdıqca qurban deyim dilinə,Əfsus, istəyimə çata bilmədim.
Dedim sultanım ol, gülsün taleyim,Gül aça sinəmdə azad istəyim.Məmmədhüseyn, qara bəxtə nə deyim,Sevinci sevincə qata bilmədim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-bilmedim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəlmişəm (Varım-yoxum olan qoyunum, malım)
Varım-yoxum olan qoyunum, malım,İtib, axtarmaqdan zara gəlmişəm.
Gəlmişəm (Başına döndüyüm, a dəstəbaşı)Başına döndüyüm, a dəstəbaşı,Yön çevirib bu diyara, gəlmişəm.
Gəlmişəm (Eşitdim sədanı, a minagərdən)Eşitdim sədanı, a minagərdən,Gecə-gündüz uça-uça gəlmişəm.
GörmüşəmGizlətmə ay üzü yaşmaq altında,Qaymaq dodağında balı görmüşəm.