Yar andı
Can bir olub oynayasan, güləsən,O gündən ki, əhdü-peyman yarandı.Müqəddəsdir, toxunulmaz saxlasan,Düz ilqarlı, qədir bilən yar andı.
Əyri yoldan qaçaq olar mərdana,Pis atadan qeyrətlidir mərd ana.Arlı adam sözün deyər mərdana,Arsız kimə işi düşsə yarandı.
Məmmədhüseynin saf eşqilə saz dinər,Xəstə olsa, dönüb olar saz, dinər.Qəlbindəki xoş avazlı saz dinər,Desələr ki, bu qapını yar andı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-yar-andi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Mən bir aşiqəm ki, bu çaldığım sazDumanlı dağlara səs salacaqdır.
Get!Не хочу я слышать слова про любовь и страстную дрожь,Уходи! Я знаю тебя! Все твои уверенья — ложь.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
RübailərRübailər**Ey mərifətin baği-səhanın səməri,