Tiflisin
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,Polkovnik mayor başı həm yaranalı Tiflisin,Əskəri həm ləşkəri hər bir qralı Tiflisin,Aləm övsafda yoxdur misalı Tiflisin
Hər səhər yüz min dəvə yüklər çəkərlər hər yana,Min meşok birdən tökərlər arpa buğda bir yana,Mümkünat yoxdur ki bir saat tərəzi dayana,Yeddi yüz əsnaf çəkər, yoxdur məcalı Tiflisin
Tiflisə vapor gələr ipəkdən, yundan ötrü,Xalı, tirmə, xalça, barama gündən ötrü,Qonsu işği gələr dökidən undan ötrü,Həftədə sursat gələr qamu qoşundan ötrü,Pul kəsir hər gündə çox barkeşi hambalı Tiflisin
Sud əkər tacir üçün qatarla gəlmiş bazara,Parçanı tutmaz dalanlar, qəndi həm karvansara,Anbarın gördüm, əcəb oxşardı alçaq dağlara,Xəznə çox milyan kror, guya xəzəldən pul-para,Bir-birindən varlıdı kəndi məhalı Tiflisin
Tiflisin barxanasın çəkərlər çox Dağıstana,İrəvan, İngilis, İslambula, İsfahana,Misrə həm Şama gedər, Təbrizə, İran-Turana,Bu tərəf Kühnə-şəhr, Bakı, Quba, Hacı-Tərxana,Qabağı Rusiyadır, Qafqaydı dalı Tiflisin
Darəndaz dorşqalar, faytun qoşarlar atlara,Yeri Sərdar bağına qol-boyun ol tavatlara,Yeddi dağın çiçəyi açılıbdır həyətlərə,Çimazsıra canşinə bərsiz baxıb tatlara,Baxarlar artırmadan gözəl maralı Tiflisin
Tiflisin ecazı var, isti sular, yaxşı hamam,Sağ olan, sayrı olan gündə gələr yüz min adam,Hər zaman yetmiş iki millət olur orda tamam,Çalıcı, çağırıcı, oxucuları nam-binam,Qarışır bir-birinə qital-cidalı Tiflisin
Tiflisə tel gələcək, qoşun qara qalxdı həman,Yerbəyer nizam durur, vurulur təbl-ü-balaban,Əlli min soldat ilə bol qara börk oldu tufan,Top-tüfəng guruldayıb oldu dolu gün ah-fəğan,Olmaz həm saz, kərənay, mizqani xalı Tiflisin
Tiflisin körpülərin yerdən götürmüş ustalar,Kəc ilən kərpic ilən üstü otaq artırmalar,Qurğuşun dəmir tökib üstləri taq, altı sular,Özgə xərcin desələr, dünya pul olsa qurtalar,Gün-bəgün üstə gələr dövləti malı Tiflisin
Bazarın altı dükan, üstü otaqlardı tamam,Balkon atıbdı limon, şax-budaqlardı tamam,Gecələr şamlar yanur, lampa çıraqlardı tamam,Çünki on-on beş yaşında ki uşaqlardı tamam,Çalınur kəmançalar, tifl qavallı Tiflisin
Suları gözdən olur, yerləri yaylaqdı səfa,Bişərlər şəkər çörək, üzlərinə yoxdu cəfa,Zər bürüncək gətirrlər, atlas, xara və ustəfa,Bir tərəf sincaq olar, bir tərəfi ağ istəfa,Araba karvan olurmuş yolu salı Tiflisin
Mirzayev yapıbdır Kür üstündə bir yaşıl otaq,Qızıldan qəndil asılmış, kartoflu şami çıraq,Kürsilər qutu kimidir, fərşi zəbərcəddi siyaq,Qırx sütun, altı qapı, mərtəbəsi yeddi rəvaq,Zər və zibadı tamam, dəmir zəhalı Tiflisin
Tiflisi mədh qılan bir şair yoxdur yarana,Hər kimin düşər yolu, baxar o Sərdar dövrana,Şəkili Məhəmməd ol günkə çıxar dil vurana,Çox uzun söyləməyi Allah yaradıb Qurana,Yaxşı imarətləri var, qeyri-bəhalı Tiflisin
Nasirəddin şah gəlir yanınca top-topxana,Namisnik Tarxanov qabağınca bas xana,Var onun otaqları döndü gecə əlişanə,Əlli put barıt yanıb dünya tutuldu dumana,Ərsat qopdu, görək noldu zavalı Tiflisin
Kitabxana.az · https://kitabxana.az/ru/works/sekili-mehemmed-tiflisin
Стихи других поэтов
Судьбы коварство испытал наш край,А будет хуже.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm