Vay günü
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,Möhtac olduq axirətə imanə,Vay günüdür müsəlmana vay günü
Kaşki bina qoymasaydı bu işə,Kimini dara çəkdi, kimini şişə,Yaz günün döndərdi zəmhərir qışa,Vay günüdür müsəlmana vay günü
Əqilsizlərdir bu işləri eyləyən,Əldən gəlməyəni dildə söyləyən,Ata çatmayıb fili boylayan,Vay günüdür müsəlmana vay günü
Yığdı ləşkəri-binizam xan oldu,Hər kəs durub öz başına xan oldu,Peşəsi dilənmək xan haçan oldu,Vay günüdür müsəlmana vay günü
Durdu Qazı Əhməd bir ad elədi,Yıxdı ölkələri bərbad elədi,
Qaçdı öz başını azad elədi,Vay günüdür müsəlmana vay günü
Pozğun düşdü qoşuna sanına,Baxmadılar nə sultana nə xana,Dağıldı dağarları hərə bir yana,Vay günüdür müsəlmana vay günü
Qəzavatə hücum etdi yüzümüz,Ah vay oldu axırımız günümüz,Heyf zaya getdi gözəl dinimiz,Vay günüdür müsəlmana vay günü
Yığdı baş-bilənni tökdü qalaya,Düşdük müsibətə yaman bəlaya,Baxmadılar ata ana balaya,Vay günüdür müsəlmana vay günü
Avar, Qumuq, Qafqaz tac və təxtini,Dərbənd, Bakı, Quba, Sanbur baxtını,Yandırdı köynəyi şəhr Axtını,Vay günüdür müsəlmana vay günü
Şahu xan deyib gəldi bir öküz,Bir şələ saqqallı bəslənmiş donquz,Dava ilə heç olmadı yüz-bə-yüz,Vay günüdür müsəlmana vay günü
Müsəlmanın axırıdır axırı,Haqq özüdür bu işlərin paxırı,
Sirkəni döndərib verir çaxırı,Vay günüdür müsəlmana vay günü
Qalmadı aləmdə bazı yazanı,Nə göydə uçanı nə yerdə gəzəni,Miskin Turab necə versin azanı,Vay günüdür müsəlmana vay günü
Kitabxana.az · https://kitabxana.az/ru/works/sekili-muezzin-turab-vay-gunu
Стихи других поэтов
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
باید که مال دنیا مسمار دل نباشدکین مارها که بینی، جز مار دل نباشد
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədiQəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.