Açıldı
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,Sərasər aləmi qıldı müəttər,Dağıldı gisular, tellər açıldı
Aşiqəm, ey nəsli-pərizad,Sənə hicr əlindən dad eylərəm dad,Bu viranə könlümü eylədin abad,Nitqə gəlib şirin dillər açıldı
Dərdin canda, ey mah, olubdur əyan,Əqlim zail etdin, ciyərim biryan,Ahu qədin üzrə töküldü həryan,Pürpiç olan şuka güllər açıldı
Səni sevdim, düşdüm dərdi-hicrana,Həsrətindən bağrım dönübdür qanə,Yenə şeyda bülbül düşdü əfğanə,Yaz oldu, sünbüllər güllər açıldı
Giriftarəm onun göz və qaşına,Mehnəti-hicran ilə oldum aşinə,Qərq edib aləmi aldı başına,Şeydayi çeşmindən sellər açıldı
Kitabxana.az · https://kitabxana.az/ru/works/seydayi-el-sairi-acildi
Стихи других поэтов · О разлуке
Dörd yanımda dövrə vuran gözəllər,Ağlımı itirib zayıl olmuşam.
Çevril bir bəri bax, ey yari vəfadar getməÇevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
MəniQəza qırdı şikarımı tüyürdən,Qədər mindiribdi yad ələ məni.
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi