Axiri-dəhr nə mümkündü fənadən qeyri,Kimsə baqi degil aləmdə xudadən qeyri.

Aləmi-faniyə əl vurma ki, yoxdur səməri,Eyləmə hiç tələb mülki-bəqadən qeyri.

Bivəfa mahlərə vermə könül, xar olusan,Görməsən dərdü qəmü cövrü cəfadən qeyri.

Ləbi-şəkkərşikənindən sənə düşnam verir,Gərçi sən eyləməsən xeyr-duadən qeyri.

Tapmasan kimsənə ki, dərdi-dil izhar edəsən,Həmdəm olmaz qəmüvə badi-səbadən qeyri.

Hər nə zülm eyləsə dildar gərək səbr edəsən,Yoxdu bu babdə bir çara rizadən qeyri.

Aşiq ol pərtövi-rüxsareyi-şəmsi-əzələ,Ta ki sən görməyəsən nurü ziyadən qeyri.

Ol xudavəndi-əhəd eşqinə candan rağib,Yoxdu bu Kəbədə çün zövqü səfadən qeyri.

Mümkünün var ki, yolu mümkünə aşiq olsun,Pəs tələb eyləməsən mehrü vəfadən qeyri.

Surəti-vacibi mümkündə təmənna eləsən,O da mümkün ki, degil Şiri-xudadən qeyri.

Çəng vur ürvəti-vüsqayi-vəliyyüllahə,Görməsəm ruzi-cəza lütfü ətadən qeyri.

Макта — последний бейт с тахаллусом поэта. Mümkünün vacibə yoxdur yolu, ey Seyyidi-zar,Görmədim səndə bir asar xətadən qeyri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви