Dilü can valehi-hər gülrüxi-cananə idi,Gərçi cananələrin qəsdi dilü canə idi.

Könlümə düşmüş idi, bir neçə bütlər həvəsi,Bir zaman beyti-xuda dəhrdə bütxanə idi.

Suzişi-nari-cəfadən eləməzdi pərva,Harda bir şəm görə dövrünə pərvanə idi.

Dili-şeyda səri-geysulərə olmuşdu əsir,Bağlanıb silsileyi-eşqdə divanə idi.

Harda bir rişteyi-zülf olsa, olurdu mənə dam,Kimdə bir daneyi-xal olsa mənə danə idi.

Hər büti-gülrüxi-peymanşikənin eşqi mənə,Əhdü peymanımızın şahidi peymanə idi.

Макта — последний бейт с тахаллусом поэта. Göftguyi-ləbi-şirinü şəkərdən qeyri,Hər nə kim söhbət ola Seyyidə əfsanə idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви