Eylədi axır fələk ol gülüzarımdan məni,Saldı dəşti-qürbət içrə kuyi-yarımdan məni.

Naqeyi-sərgəştə tək səhra dolansam, ney əcəbKim, fələk bidad ilə üzmüş qatarımdan məni.

Hicrdən rəngim saraldı, şükr kim, sərrafi-eşq,İndi tanır bu zəri-kamil-əyarımdan məni.

Qaldı, mən getdimsə, ey namehriban, kuyində dil,Bari gəh-gəh sor dili-biixtiyarımdan məni.

Şəhri-Tiflisin çəlipa bağlayan tərsaləri,Qorxuram kim, ayıra axırda tarımdan məni.

Макта — последний бейт с тахаллусом поэта. Seyyida, mən ol məhəbbət əhliyəm afaqdə –Kim, tanır əhli-nəzər xaki-məzarımdan məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке