Bir nəfər irəvanlı bazərgan,Hacitərxanə pənbə etdi rəvan.Oldu bazari-pənbə xeyli rəvac,Onu həllaclər edib tarac.Birə beş nəf edib o bazərgan,Dedi: – Ey pənbə, ey mətai-giran,Töxmüvi gətdi Həzrəti-AdəmBaği-cənnətdən, ey fəriştəxidəm!Məryəmə səndən oldu pirahən,Zindəyə caməsən, şəhidə kəfən.Ey olan Yusifi-əzizə qəba,Çeşmi-Yəqubə səndən oldu ziya.O biri il yenə o bazərganİki ol qədr pənbə etdi rəvan.Əzqəza, nırxi-pənbə oldu kəsad,Pənbə eyşin o eylədi bərbad.Getdi xüsranə sudü sərmayə,Düşdü sövdagər özgə sövdayə.Dedi: – Ey pənbeyi-pəlidsəmər,Səndə olsaydı bir şərafət əgər,Səni qoymazdılar ölü...Çulğamazlardı mürdə hacətinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов