Gördü onun zurin o qevmi-zəif,Bildi yekayekdə deyillər hərif.Eylədilər onlara birdən hücum,Oldula məxlut cəhulü zəlum.Qoydu qılıc bir-birinə ol sipah,Gərd qopub, tirə olub ruyi-mah.Baş tökülüb xakə çu bərgi-xəzan.Hər tərəfə su kimi qanlar rəvan,Bir-birinə atdıla tirü xədəng,Qan tökülüb xakə, olub lalərəng.Püştə əyan oldu o gün güştədən,Bəxti-bədü taleyi-bərgəştədən.Sındı, o gün qaçdı siçan ləşgəri,Yarələnib əksəri durdu geri.Çünki gecə oldu, hamı etdi xab,Sübh tülu etdi yenə afitab.İki qoşun oldu mühəyya yenə,Şölə çəkib atəşi-dəva yenə.Bir-birinə dəydi yəminü yəsar,Meymənəvü meysərədə girü dar.Ox atılıb hər tərəfə qıchaqıc,Mərd ilə namərdə qılıcbaqılıc.Vurdu pişik qəlbi-sipahə özün,Ləşkəri-muşun o çıxartdı gözün.Şahi-siçan eylədi fəryadlər,Yəni, cavanlar, edin imdadlər!Qeyrətü himmət günüdür muşlər!Əhdü mürüvvət günüdür muşlər!Bu pişiyin atını bir neyləyin,Xakə yıxın, ömrünü teyy eyləyin.Çəkdi qılıc qeyrət edib bir siçan,Yetdi pişik şahına ol pəhlivan.Çaldı qılıc, şahın atın peylədi,Yağlı siçan türfə hünər eylədi.Şəh yıxılıb, qaşdı pişiklər hamı,Oldu siçanların o gün bayramı.Bağladılar qollarını təng onun,Eylədilər qətlinə ahəng onun.Ərşə çıxıb sövti-dəfü kərrənay,Etdilər urray, haray, ay haray!Oldu pişik şahı bizə dəstgir,Şiri-jəyanı elədik biz əsir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов