Dirildim bəzmi-gülzari nigarımdan alaxlar tək,Saraldım cuyi bari-əşki çeşmimdən şalaxlar tək.

Xədəng qəmzəsi dəlmiş dili-zarı-miyanımdan,Dolandıqca olur piçidə zülfü tağalaxlar tək.

Salıb cahi-zənəxdanına guya qanlıdır könlüm,Ayağına vurub zənciri zülfün qandalaxlar tək.

Həvayi-vəslinə bir sadə tiflin pir ikən düşdüm,Qəm hicri töküldü üstümə qalax-qalaxlar tək.

Ləbi-ləl içər əğyarla cami meyi-gülgun,Bu möhnətdə dönər qana, könül hərdəm, dalaxlar tək.

Rəqibim tişeyi-zülmü ilə dərgahında ol yarın,Atıldı təxteyi-cismi zəifim qamqalaxlar tək.

Üzülsə can qoyub, əğyar dəsturül-əməl...Ayaq basmaz təbibin başın üstə yanalaxlar tək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви