Busquçular getdi, Ağüz qaldı tək,
Göz ağardar sənə hamı, tək olsan.
Körfəz yandan yüz-yüz qayıq göründü,
Göz ağardar sənə hamı, tək olsan.

Dedi: – Asur kəsə yolu seçibdir,
O, Misiri, Həbəşeli keçibdir,
Yolu Əlruş arşın-arşın ölçübdür,
Göz ağardar sənə hamı, tək olsan.

Gələnlərsə ayaqyalın, başaçıq,
Bizucları kimi qora, apaçıq,
Qollar güclü, qıçlar iti, döş batıq,
Göz ağardar sənə hamı, tək olsan.

Gələn cumdu Ağüz üstə bizucla,
O, Asuru qarşıladı bizuc, qılıncla,
Sağ-solunda iki yorğun qoruncla,
Göz ağardar sənə hamı, tək olsan.

Dedi: –Asur gəlmə bura, yazıqsan,
Sən döyüşdə qaçaraqsan, qızıqsan,
Əlruş kimi sən qaçmaqla tanıqsan,
Göz ağardar sənə hamı, tək olsan.

Gələnlərsə sıralanıb durdular,
Dağ heybətli Ağüzərə vardılar,
Yaxınlaşıb onlar nəsə sordular,
Göz ağardar sənə hamı, tək olsan.


Anlamadı dillərini Ağüzər,
Dil hər bir yerdə, hər bir yerə açardır,
Əl-qol ilə danışdılar, olmadı,
Dil hər bir yerdə, hər bir yerə açardır.

Dillərində “Turel,” ”Tureb” sözləri,
Parıldayır qara kömür gözləri,
Danışanda hərdən gülür üzləri,
Dil hər bir yerdə, hər bir yerə açardır.

Biri durdu Ağüz ilə üz-üzə,
O, yüngülcə baş da əydi Ağüzə,
Dedi: – Ərən, nə deyirsən sən bizə,
Dil hər bir yerdə, hər bir yerə açardır.

Ağüz dedi: – Mindiyardır bu torpaq,
Siz kimsiniz-acıqansız ya qonaq?
Asurluya oxşadınız siz bayaq,
Dil hər bir yerdə, hər bir yerə açardır.

– Yox, biz Asur toplumları deyilik,
Biz toplum yox, böyük Misir eliyik,
Nil adıyla ölkələrə bəlliyik,
Dil hər bir yerdə, hər bir yerə açardır.

Mindiyarı tanıyırıq, çox ulu,
Gəlib Qızbax, qırx il bizdə şah olub,
İpək yolu, dağ yoludur, var yolu,
Dil hər bir yerdə, hər bir yerə açardır.


Qılıncını Ağüz qoydu qınına,
İnandırar yalnız özü inanan,
Ağüz dedi: – Bura niyə gəlmisiz?
İnandırar yalnız özü inanan.

Dedilər ki, qaça-qaça tələsik,
Darvideli qorumağa gəlmişik,
Bir toplumuq, yüz mincəyik hələlik,
İnandırar yalnız özü inanan.

– Darvideli qorumuşuq on min il,
Sizin bura gəlməyiniz düz deyil,
Üstümüzə gəlir Hindel, Asurel,
İnandırar yalnız özü inanan.

Biri ordan gəlir, biri buradan,
Darvideli çıxardırlar sıradan,
Yardım olsun qoy sizə də yaradan,
İnandırar yalnız özü inanan.

Yardım üçün gəlibsizsə, buyurun,
Bizimlə bir Darvideli qoruyaq,
Bu döyüşdə siz də bizə yarıyın,
İnandırar yalnız özü inanan.

Biz çıxmışıq asurlarla vuruşa,
Onlar gəlib yardım etsin Xuruşa,
Xuruş kimdir el işinə qarışa,
İnandırar yalnız özü inanan.


Misirelli qucaqladı Ağüzü,
Qoy hamının işi belə tuş olsun.
Dedi: – Qardaş, sən də qoşul bizlərə,
Qoy hamının işi belə tuş olsun.

Asurları üç gün qabaq qırmışıq,
Önümüzə qatıb, qovub qırmışıq,
Toplum-toplum gəlib burda durmuşuq,
Qoy hamının işi belə tuş olsun.

Birdən Turqun toplumları göründü,
Qumsallıqlar dumanlığa büründü,
Kişnərtilər buludlara dirəndi,
Qoy hamının işi belə tuş olsun.

Turq qabaqda, başraqçılar arxada,
Döyüşçülər min-min dəmir sırada,
Qız toplumu at səyirdir ortada,
Qoy hamının işi belə tuş olsun.

Turq soruşdu: – Bunlar kimdir, nəçidir,
Hansı eldən, hansı yurddan elçidir,
Bura böyük Mindiyarın içidir,
Qoy hamının işi belə tuş olsun.

Ağüz dedi: – Misirdəndir qayıqlar,
İçlərində Arielə acıq var,
Bunlar üçün çox doğmadır Mindiyar,
Qoy hamının işi belə tuş olsun.


Misirelli baş əyərək söylədi,
Tanrı verir hər bir elin yerini,
Asurları üç gün qabaq qırmışıq,
Tanrı verir hər bir elin yerini.

Biz onları yoxlamışdıq İlamda,
Dedilər ki, biz ovdayıq, yalandan,
Yüz min toplum busqudaydı, dumanda,
Tanrı verir hər bir elin yerini.
Bizim başçı Amenexot, Atona
Ov edərək çıxmışdılar ormana,
Toplumları gəlirdilər bu yana,
Tanrı verir hər bir elin yerini.

Amenexot dedi çıxıb qabağa,
– Ey asurel, sarınaraq yarağa,
Gedirsiniz Darvideli qırmağa,
Tanrı verir hər bir elin yerini.

Biz qoymarıq, burdan geri qayıdın,
Gedin Xruş yapalağı ovudun,
Su çiləyin üzərinə, ovudun,
Tanrı verir hər bir elin yerini.

İki yandan qılınc par-parparladı,
Döyüş, vuruş səsləncləri gurladı,
İki başçı atlarını hərlədi,
Tanrı verir hər bir elin yerini.


O söylədi: – Biz bir yolun üstəyik,
Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı.
Böyük Turqa, Mindiyara baş əyin,
Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı.

Böyük gəmi gəldi, sular yol oldu,
Misirelin başraqları ucaldı,
Amenexot gəlib Turqa yan aldı,
Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı.

Dedi: – Sizə iki günlük qonağıq,
Biz ürəkdən yaxın, yoldan uzağıq,
Biz də siz tək döyüşlərdə qoçağıq,
Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı.

Asurları vurduq, yıxdıq, dağıtdıq,
Üç gün qanı sular kimi axıtdıq,
Darvideli başlarından çıxartdıq,
Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı.

Siz varsınız, biz buradan dönərik,
Acıqanlıq, cin atından enərik,
İki qonşu ölkə kimi dinərik,
Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı.

Darvideli qoy Turq özü qorusun,
Darvidelin qırılıbdır yarısı,
Qoy onların yarasını sarısın,
Biz yaxşıyıq, siz yaxşısız, nə yaxşı.


Atdan düşüb Turq qonağa yan aldı,
Doğma olur qonaq çox-çox doğmadan,
O əl tutdu, qucaqladı qonağı,
Doğma olur qonaq çox-çox doğmadan.

Dedi: – Misir şahı Amenexotip
Mindiyara çox yerində düz gəlib,
Turelyurdu Darvidelli yer bilib,
Doğma olur qonaq çox-çox doğmadan.

Darvidelli Mindiyar tək uludur,
O, Minelin ulu-ulu qoludur,
Yer-yurdları Ariellə doludur,
Doğma olur qonaq çox-çox doğmadan.

Hindel gəlib hərdən onu qırmağa,
Arielə orda şahlıq qurmağa,
Ancaq ağzı keçib onun qırmağa,
Doğma olur qonaq çox-çox doğmadan.


Arielli arxalanıb Hindelə,
Turelyurda özlərini şah bilər,
Qoymamışıq Darvidelə güc gələ,
Doğma olur qonaq çox-çox doğmadan.

Arielin son başçısı Xruşdur,
Çılğınlıq həm yersizdir, həm boşdur,
Onun işi onla, bunla boğuşdur,
Doğma olur qonaq çox-çox doğmadan.


Asureli o çağırıb yardıma,
Öz yurdunda özgəsinə söykənmə.
O, çox yeri çıxmaq istər adına,
Öz yurdunda özgəsinə söykənmə.

– Asurel də aldadıbdır Xruşu,
Toplumları neçə-neçə yurd aşıb,
Misirelin yerlərinə daraşıb,
Öz yurdunda özgəsinə söykənmə.

Odur biz də tez-tələsik yüyürdük,
Çoxlarını İlamyurdda bəyirtdik,
Tüklərindən dəri şanlar əyirdik,
Öz yurdunda özgəsinə söykənmə.

Biz də çıxdıq qarşısına Asurun,
Busquladıq burda dağı, çuxuru,
Aparıblar bizdən neçə naxırı,
Öz yurdunda özgəsinə söykənmə.

Turq sizləri böyük qonaq sanıbdır,
Başımıza qızıl qartal qonubdur,
Nə olsun ki, Başevimiz yanıbdır,
Öz yurdunda özgəsinə söykənmə.

– O yanğıya çox yanmayın yox, nədən,
O Başevi biz tikərik yenidən,
Qonaq gəlləm Aton ilə bura mən,
Öz yurdunda özgəsinə söykənmə.


Qısa dinclik səsləncləri gurladı,
Hərdən dönsün qan-qadalar toy olsun.
Tüstüləndi orda-burda ocaqlar,
Hərdən dönsün qan-qadalar toy olsun.

Misir şahı Turqa baxıb güvəndi,
Turq onunla əl tutaraq öyündü,
Dağ ürəklər köks-köks döyündü,
Hərdən dönsün qan-qadalar toy olsun.


Aton gəldi, bər-bəzəklər içində,
Misirelin gözəlləri biçimdə,
Yeri-göyü qabağında kiçildən,
Hərdən dönsün qan-qadalar toy olsun.

– Çəkimlidir-dedi-bu yer, bu torpaq,
Biz burada ayaqüstü bir qonaq,
Gələk burda evcik quraq, yurd salaq,
Hərdən dönsün qan-qadalar toy olsun.

Amenexot yorğun düşüb, yorulub,
Döyüş-vuruş ucbatından saralıb,
Gün altında kömür kimi qaralıb,
Hərdən dönsün qan-qadalar toy olsun.

Getməliyik, Başev bizi gözləyir,
Yolumuzu cığır-cığır izləyir,
Hər bir işdə bizə ümid bəsləyir,
Hərdən dönsün qan-qadalar toy olsun.


Yola saldı Turq onları gəmiyə,
Hər bir görüş dönür qat-qat anıma.
O, söz verdi Darvidelə əl tuta,
Hər bir görüş dönür qat-qat anıma.

Turq toplumu böldü iki bölümə,
Biri Asur, biri Darvidelinə,
Çapıb, capıb döndü dəniz yelinə,
Hər bir görüş dönür qat-qat anıma.

Dedi: – Ağüz, bu yerlərdə sən dayan,
Mən gedirəm Hindel yana durmadan,
Yardım olsun sənə böyük yaradan,
Hər bir görüş dönür qat-qat anıma.

Xruş dəmir barmaqlıqdan baxırdı,
Boğazını acıq alıb çıxırdı,
Elə bil ki, kimsə onu boğurdu,
Hər bir görüş dönür qat-qat anıma.
Öz içində danışırdı elə bil,
“Ey Turq, məni tutuq etmək düz deyil,
Qovma məni ölkə-ölkə, elbəel, ”
Hər bir görüş dönür qat-qat anıma.

Mən səni də öldürərəm, qoymaram,
Qanını da içsəm belə doymaram,
Mən Darvidel, Turel nədir, saymaram,»
Hər bir görüş dönür qat-qat anıma.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов