Bağda oturmuşdum, düşüncəliydim.Gözüm yol çəkirdi qum çöllərində.Hərdən çopur daşlar dilə gəlirdi,Məni dindirirdi öz dillərində.

Nələr düşünürdüm, bir Tanrı bilir.Hərdən qarışırdım soyuq yellərə.Gəl, əlimdən yapış mehriban dilim,Biz birgə yollanaq uzaq illərə.

Tapdım sevincimi, gözəlim, səndə,Bəlkə gileylisən öz taleyindən.Bəşər dil açanda, ilk söz deyəndə,İlk dəfə bəşəri sən dindirmisən.

Ən qısa, ən iti, sözlər, deyimlər,Sənin sözlərindir, dünya gözəli.Sənə çox borcludur çox-çox qədimlər,Ey böyük bəşərin körpəlik dili,

Sən bəşər dilisən, ey anam, bacım,Bəşəri özündən özünə köçür.Kiçiklər çox böyük görünmək üçün,Özünə nə böyük heykəllər biçib.

Səndən törəmişəm, mehriban gözəl,Bilirəm ən qədim daşın dilini.Ey Tanrım, şairə bir yardım göstər,Hərdən başıma çək ata əlini.

Cılız düşmənlərin qancıl diləyi,İt olub dəvəni, fili qapıblar.Sonra dil öyrənib, tərif söyləyib,Hər şeyi gizlində yıxıb çapıblar.

Dünyanı cılızlar qamarlayanda,Allah özü gördü sırtıq üzləri,O sənin başını tumarlayanda,Sənə bəxş elədi qızıl sözləri.

İtirmə, ey dilim, öz türk soyunu,Qal yenə bəşərin türk ayətində.Bəşərin ən gözəl incə duyumu,Qalıbdır dilində, xasiyyətində.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов