Tunqər, Daryaş üzləşdilər Sakrasda,
Gözləmirdi bu döyüşü tanrılar.
Gurlayırdı səslənc, gup-gup, nağara,
Gözləmirdi bu döyüşü tanrılar.

Iki yanda yüz min ər var lap azı,
Yaraqlılar yeyir quru yarpızı,
Yalayırlar su yerinə daş-duzu,
Gözləmirdi bu döyüşü tanrılar.

Tunqər dedi: – Daryaş, çatıb son döyüş,
Get alt yerdə Alpisinlə sən görüş,
Görək kimdə qalıb dəmir, dağ duruş,
Gözləmirdi bu döyüşü tanrılar.

Daryaş dedi: – Susuzluqdan ölmüşük,
Tərimizi qanımızla silmişik,
Əkbitəni aramızda bölmüşük,
Gözləmirdi bu döyüşü tanrılar.

Öncə qılınc, sonra topbuz, sonra ox,
Sonra yumruq, sonra təpik, sonra xox,
Bu doyüşdə ölçü-biçi var, ya yox,
Gözləmirdi bu döyüşü tanrılar.

Çəkişmələr, güləşmələr qurtardı,
Diz çökmələr acıqları artırdı,
Sonra yenə dəmir yaylar dartıldı,
Gözləmirdi bu döyüşü tanrılar.

Yaraqlılar iki yandan dəbərdi,
Acıqanlar bir-birinə döş gərdi,
Yaralılar gün altında gəbərdi,
Gözləmirdi bu döyüşü tanrılar.

Hərə qovub qancılını yorurdu,
Bıçaq ilə damarından vururdu,
Tutub onun şor qanını sorurdu,
Sorub-sorub o, ayağa dururdu,
Gözləmirdi bu döyüşü tanrılar.
Tunqər oxu qoydu yaya, gözlədi,
O Daryaşı atdım-atdım izlədi,
Oxu onun ürəyinə düzlədi,
Gözləmirdi bu döyüşü tanrılar.

Çəkdi, atdı ox sancıldı kürəyə,
Kürəkdən də vurdu, keçdi ürəyə,
Daryaş aşdı, döndü qanlı köpüyə,
Qanlı döşü döndü qanlı körüyə,
Gözləmirdi bu döyüşü tanrılar.


Parsellidən çox qırıldı, az qaldı,
Ölüm deyil, köçdür böyük qırğınlar.
Birdən bulud gəldi, göylər gurladı,
Ölüm deyil, köçdür böyük qırğınlar.

Yağış yağdı, çöllər yaşıl ot oldu,
Qan-qadalar qopub göyə sovruldu,
Gözsüz qalmış qanlı gözlər duruldu,
Odər gəldi, hamı ona sarıldı,
Ölüm deyil, köçdür böyük qırğınlar.

– Tanrı mənə belə dedi görüşdə,
Dedi, daha əl götürün döyüşdən,
Əkin, biçin, yaxşı olun hər işdə,
Ölüm deyil, köçdür böyük qırğınlar.

Mindiyarın öz başrağı, öz adı,
Parsdiyarın yaxşı eli, elatı,
Böyük tanrı bizi belə yaradıb,
Ölüm deyil, köçdür böyük qırğınlar.

Bundan sonra gəlin, birgə yaşayaq,
Ağır yükü, günü birgə daşıyaq,
Yeni günü hamı birgə başlayaq,
Ölüm deyil, köçdür böyük qırğınlar.


Yağış yağdı, şimşək çaxdı, yaz oldu,
Yeri silib varlandıran yağışdır.
Tarlaları, çölü, düzü göyərtdi,
Yeri silib varlandıran yağışdır.

Göy vergisi yerə qardır, yağışdır,
Dolanışda yağış yeni doğuşdur,
Yağış Alpis pisdikliyə qarğışdır,
Yeri silib varlandıran yağışdır.

Çıxın daha, çəkinməyin, çiçəklər,
Buludları minin, gəlin, küləklər,
Süd iyinə qoy bələnsin bələklər,
Yeri silib varlandıran yağışdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви

Amandı dur məzardan

Beş-altı yüz nəfər dələ alır kilünki çün ələ, salır cəhanə vəlvələ və şurişü qiyaməti, səbahü əsrü vəzzüha, yıxalla qəsri-şürbəha, tükəndi səbrimiz daha, gedax Məmmədəlişaha, deyax ki, ölürux daha! Başuva yığ əcamiri, xüsus Əmir Bəhadiri, belinə bağla qəddərə və rakib eylə əstərə, o hafizi-şəriəti. Deyin: Əya şəhi bəqa, əya xədivi-məhliqa, olub rəiyyət əşqiya, misali rus və erməni geyiblə kəfşi-rovqəni, genişləyirlə kuçəni; deyəndə: ey sitəmşüar, nolar olanda kuçə dar? Deyəllə: çor və zəhrimar, döyəllə həm cəmaəti. Nə hoqqabazılıqdı bu əya giruhi-səqf gən, yaratmış həyyu-zülmənən, şütur bərayi mərdü zən və əsbü filü gərgədən, məgər o üştərizəmin, o piri-zuri-pərvərin və əsbi-mah peykərin, maşından azdı sürəti? Baxın bu qövli-əbtərə, nə rəhm edəllə dülgərə, nə dəlləyə, nə rəşbərə, nə məscidə, nə minbərə, nə Miri-şəri-ənvərə, bu qövmün ehtiramı yox şəriəti peyəmbərə; nə həq tanır və nə Əli, nə Cəfəri, nə dini var, nə bığı var, nə səqqəli. Gəlibdi fəleyi-Güney, misali muri-biədən, çıxalla damə nagəhan, deyəllə: ya Əli mədəd! Verəllə səs-səsə hamı, yıxalla şəst ilə damı, gedəllə cümə axşamı içəllə zəhrimari mey, vuralla dəf, çalılla ney, deyəllə: Ay daley-daley! Əya cəmaəti Güney, məgər ki, yoxdu qeyrətüz, qalıbdı kətdə külfətüz, nə aşı var, nə də əti! Deyin o əhli Təbrizə, maşın gərək deyil bizə, gəlin, gəlin, çökün dizə, qulaq verin bir həmdüzə, fərasət örgədək sizə. Qələtdi həmdü surəmiz, gərək onu ravanlayax, üsuli-dini anlayax, firui-dini həmçinin. Niyə boş əyləşək ki, biz xərab edək vilayəti? Vuranda gürzünü yerə, Nəkirü-Münkər, ey Əmu, qoyunlar ürkər, ey əmu! Sual edə nəmazdən, xudayi-baniyazdən, şəhənşəhi-hicazdan, nə farsicə bilər: "Birov", nə türkücə "Xnov-minov", nə kürdücə "Həsov-məsov", nə rusicə "Netov-metov", fəqət bilər ərəbcə o, cavab alar ərəbcə o. Bə izzəti, bə şövkəti behişti xəlq edib xuda bərayi-şieyi-Əli; vəli o mömünün gərək ola döşündə səqqəli, ki, yəni çox kəbir ola, Fətəlişah Pəzir ola, həna qoya o səqqələ və rəngi misli qır ola və ayinə ala ələ, baxa bığın qabağına, məbadiya ki, meyil edə beş-altı tük dodağına, o tükləri təmizləyə, ola adam balası, ta gedə ala qucağına, o huriyani-cənnəti.Mələk dolanmaz o evə, ki orda əskinas ola, zikur ola, ünas ola! Və huşu ya təhur ola, vəlov ki, əksi-nur ola, şəkil çəkən məlahidə, gərək o əksə can verə, xuda sizə cəza günü xudalığın nişan verə. Bir iş görün əlahidə, o işdə yoxdu faidə, bu iş həramidür bəli, qəsəm bu saçü səqqələ, miadə etiqad edin. Kişi gərək əzan verə ki, ta xuda əvəz ona behişti-cavidan verə. Nəinki eylə iş görə--ilan vura, çayan vura, mələk ona əzab edə və ətlərin kəbab edə, cəhənnəmin hərarətli, belə müqərrər eyləyib xuda, həmişətar ola gecə, çü zülfi yar ola gecə, günüz yana çiraqi mehr, işıq sala vilayətə, ziraətə, sən istisən günüz kimi ola ləyal qasiqə, əmoğlu sən nəkarəsən, məgər rəqabət eylisən, belə ibadət eylisən xudayi-girdigarə sən, şərikisən bu xaliqə, xudayi-nuru zülmətə, çiraqi-bərqi xoş gəlib, nə qədri var imarətə, cəmaətə, onun pulun verin ata, minin, gedin ziyarətə. Uşaq, fənarı yandırın, çiraqi-bərqi söndürün, misali-səng sındırın, bə öhdəyi-mən əstü mən, vəlov beş-altı yüz tümən olur onun xəsarəti, bu işlərin təmaməti çıxar o ruzinamədən, fizundu ol cavanların, o ruzinaməxanların şərarəti Qutamədən, olar bətərdi kəbrdən, əşəddidür həcirdən, əya güruhi-gülbədən, həzir edən cəridədən, salar sizi zəlalətə. Üzütəra qiyamətə gələr ona baxan kişi, alan kişi, satan kişi, yanında saxlayan kişi! Amandı almayın onu, yalandı cümlə mətləbi, həram edib onu nəbi, vəli ona baxanların nə dini var, nə məzhəbi, nə izzəti, nə isməti, nə üffəti, geyir qulaqlı köynəyi, vurur fokullara boyaq, o bəngxor, o tiryaki, olar cəridə bir taya, oxur səbahü şam onu. O xeyrəsər, o bihəya, əya sülaleyi-zina, xuda edib həram onu, oxuma vəssəlam onu. Təlavət eylə, məshəfi, təbarəkə-mübarəki, xüsusən o bəraəti ki, çoxdu xovfü həşəti, fəsahəti, bəlaqəti. Deyəndə bu sözü ona, deyir: Bəli, səhihdir, deyəllə çox fəsihdir, onu bilən fəqihdir. Qızı olanda bir zaman, deyir qulağına əzan, adın qoyur Tükəzziban, böyür çün o kiçik bala, olur Tükəzziban xala; onun da olsa bir qızı adın qoyar Hüvəlləzi. Çaxır səpəllə üstümə, saman təpəllə nustuma, xuda nəkərdə, gər deyəm: Nəçün bu düxtəri-əcəm, xudayi-beytü vəlhərəm, həlal edib həcaməti, həram edib kitabəti? Deyin cənabi Möcüzə: əya qəribi-elmü fən, qolun-qıçın uzatmısan o həfreyi-məzaridə; mənim sözümə ver qulaq, qiyamət oldu, dur görax! Çıx ol xərabəzardən, o təngəna hesardən, düşüb cəhanə vəlvələ, edir zəmin zəlzələ, ayıl, təbəddilatə bax, eşikdəki həyatə bax. Hamı ayıldı, ay kişi! Yatırsan indi sən hələ. Baxır sənə, gülür cahan, fələk, mələk, zəmin, zaman və xəlq hər kənardən, aman, aman, aman, aman, əmoğlu dur məzardən, bir az tumarla saqqalun və sil sərü uzaridən xəlü bu cəhlü qəfləti….

Мирза Али Моджуз6 мин
خوشا تبریز و فیض صبح و شامش

الهی تا ابد باشد نظامش

Меджзуб ТабризиГазель 1161 мин
La'l-i lebleri câna şükr arturur

La'l-i lebleri câna şükr artururŞükri şekker şekkeri şükr arturur

Кади БурханеддинГазель1 мин
باز ای مطرب حدیثی در میان انداختی

فتنه‌ای در مجلس صاحب‌دلان انداختی

Хумам ТабризиГазель 1801 мин