Beşgünlük deyil
Ey könül, amalımın dünyası beşgünlük deyil,Düşmə ruhdan, ömrümün mənası beşgünlük deyil.
Taleyimdəndir, uzaqlardan gəlir şair səsim,Şerə vurğun xalqımın avazı beşgünlük deyil.
Mahnımın hər kəlməsində gəncliyimdən var əsər,Çağlayan ilhamımın məcrası beşgünlük deyil.
Yelkənimlə dalğalardan sağ-salamat çıxmışam,Mərd oğullarçın sınaq dəryası beşgünlük deyil.
Dost bilir, düşmən bilir, şair Süleyman RüstəminDostluğu təsdiqləyən imzası beşgünlük deyil!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-besgunluk-deyil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Udardı məni də qaranlıq gecəCanımı atəşlə yoğurmasaydım.
YadigarVətən hədiyyə edibdir bu iftixarı mənə,Odur, o, sevdirən ömrümdə ilk baharı mənə.
XatirəVuruldum gəncliyimdə Xəzər gözlü bir qıza,Səhər gözlü bir qıza!
O qızdırDeyirlər ki, o qızın nəyinə vurulmusan,Bilmirik niyə görmür gözəlləri gözlərin?!
Стихи других поэтов
Ey sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.