Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən

Çıxmaz bu qış günü yuvasından nə mərmurGet al xəbər xəzinədəki şahmardən

Ol köftə hindivanə sifət bəndivanımMüşküldür ki keçim belə buz baş zardən

And olsun ağ lavaşlara, xoş rəng üzümlərəQoydu yəqin qıl məni hər kar ü bardən

Bir yan düşab, şəhd, kərə, sebzə, şəbçərəHeyvan keçər bu növ məgər sebzəzardən?

Qaymaq və qəndi kəsmə gələn hər naharlarTa bir gün olmasa gedərəm ixtiyardən

Çay və çilovdan üzmə əlim ta üzülməsinÜmid əlin cəza günü Düldül süvardən

Hər ki gedən deyil özgə, vermə qüssələrSalma özün əbəs yerə sən etibardən

Kürsü başında qış günü söhbət şirin düşərSən bir tərəfdə, mən də düşüm bir kənardən

Talib vüsali-yar ilə məsrur, dilxəramMüşküldür ayrıla belə qürb ü cavardən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов