Azərbaycan haqqında nəğmə
Vətənin böyüklüyü tək sərhədlə ölçülməz,Şöhrətini ucaldan uca dağlar deyildir.Vətən elə uludur, o heç zaman kiçilməz.Onu yaşadan da təkcə sağlar deyildir.Bir ölməzin adıyla yaşar bəzən bir ölkə,Bir dahinin şöhrəti xalqı ucaldar aya,Anam Azərbaycanım – dünya gəzən bir ölkəDünya xəritəsində bənzəyir bir damlaya.O damlanın içində saray-saray evim var.O damlada Üzeyirim, Səmədim, Gəncəvim var,Dünya salonlarını “Yeddi gözəl” fəth edir.Afrika səhrasını gülzara bürüməyəGülüm, çiçəyim çatar.Bütün yer kürəsini bir rəngdə geydirməyəZərif ipəyim çatar.Nəyim yoxdur bəs mənim?Yadlardan umacağım!Mənə dünya boydadır öz yurdum, öz ocağım.Nəyim yoxdur bəs mənim?Yoxdur qəmim, fəryadım!Var fərəhim, sevincim,Bəxtiyarlıqdır adım.Həm də bütün xalqlara dünya boyda hörmətim,Ehtiramım var mənimUca Kəpəzim qədər.Məsləkimə sadiqəm eşqim, nəfəsim qədər.Azərbaycan torpağı – günəş nurlu bir ölkə,Bircə damla olsam da dünya xəritəsindəŞöhrəti dünya gəzən əzəmətli diyardır!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-azerbaycan-haqqinda-negme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Dövlətdə dəvədir, övladda nəvə”,Kim bunu deyibsə, ona mərhaba!..
Rudəkidən iqtibasBir cavan qocaya dedi: – Ay əmi,Az güldür özünə qızı, qarını.
Salam Asiya, Salam Afrika!Nəğmələrin dalğasında paytaxtım coşur,Dünya bura şəhər-şəhər düzülüb gəlir.
Yeddi gəmi adasıOnların ayağına poladdan bənd vuruldu,Kəsildi göy sulardan yeddi gəmi nidası.
Стихи других поэтов · О родине
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....Az zamanda nə sərəncam etdi?! Amma, millət a!....
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Xan sarayıQafil bayquş, kimlər üçün inildərsən, ağlarsan?Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan?