Torpağa andım
Çörək doğrayırdım, bıçaq sürüşdü,Kəsdi barmağımı yavaş, yüngülcə.Qanımdan torpağa bir gilə düşdü,Bir az ufuldadı yaram o gecə.
Bu Odlar diyarı yerdən göyəcənMənimdir, döşündən işıq əmərəm.Bircə qarışıyçın son qətrəyəcənQanımı axıtsam, uf da demərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-torpaga-andim
Клавиши ← → для перехода, R — случайное стихотворение