Vəsiyyətim
Həkimimə yalvarın, bədənimi yarmasın,Həkimimə yalvarın, hay haray qoparmasın.
Ölümüm nə ciyərdən, nə ürəkdən olubdu,Həkimim belə desə, bilin ki, yanılıbdır.
Deməyin ki, öldürən siqar, ya araq oldu,Gecəni sübhə kimi, yazıb, yaratmaq oldu.
İnanmayın, dostlarım, dostlarım, inanmayın,“Özünə qəsd etdi o, əfsus”, deyib yanmayın.
Mən yaşayardım hələ, mən düşünərdim hələ,Qəsd eləyə bilməzdi ömrümə dərdim hələ.
Mən vuruşardım yenə vicdanını satanla,Hər rütbəli nadanla, maskalı şarlatanla.
Şəfa tapardım hələ övlad təbəssümündən,Silkələnib çıxardım ölümün tilsimindən.
Araz üstə körpünü çiynimlə parçalardım,“Sərhəd məftillərində bu kobud əllərimləbir muğamat çalardım”,
Fəqət mənimki bitdi, dostlar, bir qulaq asın:Həkimimə yalvarın, bədənimi yarmasın.
Axı, mənim dərdlərim sizə bəllidir ancaq,Matəm mərasimində nitqlər çox olacaq.
Məni boğan bir alçaq, tərif söyləsə əgər,Ona aman versəniz, ruhum vulkan püskürər.
Tabutuma dəyməsin bir iblisin əlləri,Canfəşanlıq etsə də onu qaytarın geri.
Demirəm açıq-saçıq danışın dərdlərimdən,Sizə baha oturar, onsuz da ölmüşəm mən.
Lakin bir bunu deyin: yalanlara dözmədi,Cabbarlının, Müşfiqin halal mükafatınıLəkəli əllərilə alanlara dözmədi.
“Qaytar Əli borcunu”, – bağırdı bir idbara –Səssiz güllələr atıb onu saldılar dara.
Deyin, dostlarım, deyin: – Nöqsanları da vardı,Bu rəhmətlik arabir hissə də qapılardı.
Bir rütbəli, alçağa, yalançı ağsaqqalaYersiz təriflər qoşub Allah, dedin az qala.
Sonra da əzab çəkdi, ondan küsdü təbi də,Bəlkə vaxtsız ölümün buydu bir səbəbi də.
Deyin bir az kobuddu, tündməcazdı rəhmətlik,Nadanlara həmişə atəş açdı, rəhmətlik.
Ürəyi dolu gəzdi, hey boş oldu cibi də,Bəlkə vaxtsız ölümün buydu bir səbəbi də.
Deyin, dostlarım, deyin, siz yaxşımı, pisimi,Siz yaşadın ruhumu, siz ucaldın səsimi.
Həkimimə yalvarın, bədənimi yarmasın,Həkimimə yalvarın, hay-haray qoparmasın.
Kimlər duya bilərlər azarımı, dərdimi?Susdurulmuş bir ürək sağala bilərdimi?
Mən çağıra bilmədim hamınızı yanıma,Qıymadım dözəsiniz bu ayrılıq anına.
Demirəm qəbrim üstə gəlin güllə, çiçəklə,Ürəyiniz olmasa, gəlməyin mən deməklə.
Təkcə bir diləyim var: olsam da daş qəfəsdə,Əlinin məzarından bir ovuc torpaq səpsinMənim qəbrimin üstə.
Yerimiz ayrı, uzaq,Qoy bizi qovuşdursun bir ovuc qara torpaq.
Gəlin, məzarım üstə, gəlin bizə ağlayın,Bir məzarın başında ikimizə ağlayın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-vesiyyetim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О смерти
Cuş edib seyli-qəm, əzbəs ki, aşıb başımdan,Ol ki, vaqifdi, bilər halımı göz yaşımdan.
Dün hökm qıldı qətlimə ol şəh itab iləDün hökm qıldı qətlimə ol şəh itab ilə,Şad eylədi gədasını bu xoş cavab ilə.
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.
Həsrətin dərdindən, ey can, bağrım oldu parələrHəsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.