Gözlərin şöləsi min aya bənzər,Salmısan atəşə, a zalım gözəl.Həsrətindən əlif qəddim dal oldu,İstərəm, qadanı az alım, gözəl.

Örtmüsən başına şalı bağdadı,Eşq ucundan məcnun könlüm bağdadı.Füzuli gəşt etdi, gəzdi Bağdadı,Rüstəmim, Zöhrabım, a zalım gözəl.

Usta Abdullanı salmısan dərdə,Aparıb əqlimi salmısan dərdə.Gəzdim Şəki, Şirvan, Qarabağ, Bərdə,Bir insaf etmədin, a zalım gözəl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине