Minaya mənəm
Naqafil ölkənə düşdü güzarım,Ləhzədə oxuyan min aya mənəm.Günbəgündən artır dərdi azarım,Hər dəyqəsi dönən min aya mənəm.
Quranda oxunan min aya vardı,Həcər nalə çəkdi Minaya vardı.Musa beytullahdan Minaya vardı,İsmayıltək gələn Minaya mənəm.
Dost olan dostundan çəkməz ayağı,Piltə yanar şölə çəkər a yağı.A beymürvət, a beyinsaf, a yağı,Bəs niyə demirsən mina, yamənəm.
Abdullaya gətirginən az arı,Baxt yatanda şan çəkərmiş az arı.Səni gördü artdı dərdi-azarı,Beyinsaf demirsən Minaya mənəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/usta-abdulla-minaya-menem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.