Ey vətən övladı, bir an vermə fürsət düşmənə!Qəhrəman zərbənlə göstər dərsi-ibrət düşmənə.

Qoy alov yağsın tüfəngindən, topundan cəbhədə,Eylə öz dünyasını qəhr ilə zülmət düşmənə.

Süngü tək sancıl faşistin qəlbinə, yar bağrını,Zərbə üsdən zərbə vur xain təbiət düşmənə!

Partlasın qoy Hitlerin alçaq başında bombalar,Hər tərəfdən ver cəsarətlə xəsarət düşmənə!

Yıx, dağıt, yansın cəhənnəmtək faşistin cəbhəsi,Qismət olsun, qoyma bu gülzari-cənnət, düşmənə.

Bildi aləm Hitlerin xainliyin, ədnalığın,Yağdırır milyonla dünya xalqı nifrət düşmənə.

Hazırıq, Vahid, sədaqətlə vətən uğrunda biz,Hər zaman göstərməyə qəti cəsarət düşmənə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине