Axtarasan bu dünyanı hər tərəf,Olmaz özümtək hələ bir bişərəf.Bütün nemes xalqını etdim tələf,Gör nə qədər bişərəfəm, bişanam,İt kimi hərb etməyimə peşmanam.

Vururdum əvvəl döşümə bəy kimi,Lovğalanırdım hacıleylək kimi.Döyülmüşəm un yemiş eşşək kimi,Əvvəlindən qanmamışam, heyvanam,İt kimi hərb etməyimə peşmanam.

Zənn eləyirdim, itidir ülgücüm,Mən nə bilim, düşmənə batmaz gücüm?Çıxdı bütün başçılarım nanəcim,İndi inandıqlarıma düşmanam,Gör nə qədər bişərəfəm, bişanam.

Pis günümdə yaman qoyuldum lağa,Qonşularım başlayıblar qaçmağa.Qoşulmuşam sizin kimi alçağa,Həm də öz əclaflığıma heyranam.İt kimi hərb etməyimə peşmanam.

Mussolin də bir az köpəktək hürdü,Saqqalına bütün dünya tüpürdü.Sovet bizi yaman sildi, süpürdü,Qonşularımdan da acam, üryanam,Gör nə qədər bişərəfəm, bişanam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира